GRBS

İş Yerində Münaqişələrin İdarə Edilməsi



Biz hər birimiz münaqişələrlə üzləşirik. Öz həyat yoldaşımız, dostlarımız, hətta hər hansı bir yarışı izləyərkən kiminləsə mübahisə edirik. Bəzən bu münaqişələr bizim üçün çox adi görsənir. İnsanlar öz müstəqilliyini qoruyub saxlayana qədər, mübahisələr davam edəcək. Siz mübahisələrin qarşısını ala bilmədiyiniz üçün, onların yoluna qoymağı bacarmalısınız. Mübahisənin həll edilməsi üçün, tərəflər arasında anlaşma, inam və eyni məqsədin olması vacib amillərdən biridir. Bu səbəbdən intizamlı və yaradıcı olmaq gərəkdir. İnsanlara hörmətlə yanaşmaq, Sizə qarşılıqlı mənfəətin əldə edilməsinə kömək edəcək. Bu təlim zamanı siz məhz bu bacarıqlara yiyələnəcəksiniz.
Təlimdən əldə edəcəksiniz:
  • Siz mübahisənin nə olduğunu və onun necə gücləndiyini anlayacaqsınız
  • Siz mübahisənin həll edilməsi üçün istifadə olunan ən məşhur 5 metodu və onları nə vaxt istifadə etmək yollarını öyrənəcəksiniz
  • Verbal və qeyri verbal kommunikasiya bacarıqları vasitəsi ilə məlumat axınını çoxaldacaqsınız
  • Müdaxilə etmək strategiyalarının effektiv metodikası ilə tanış olacaqsınız
  • İşçi qüvvəsinin inamını və əhvalını yüksəldəcəksiniz
  • Mübahisəni idarə etmək, məhsuldarlığı və iş fəaliyyətini yüksəltmək bacarığınızın olmasında əminlik hissi edəcəksiniz
Təlimin proqramı:
  • Mübahisənin müsbət və mənfi tərəfləri
  • Mübahisənin növləri
  • “Johari Window” (Johari pəncərəsi) nəzəriyyəsi nədir
  • Mübahisənin beş mərhələsi
  • Düşünülmüş ünsiyyət
  • Dinləmə və sual vermə bacarıqları
  • Mübahisələrin həlli yolunda atılan beş addım
  • Vasitəçilik bacarığı
  • Normaların təsis edilməsi
  • Müdaxilə etmə
Təlimdə iştirak haqqı:
360 AZN (ƏDV xaric)
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: