GRBS

Kadrların Seçimi və Təyinatı



Psixofizioloji və Sağlamlıq göstəricilərinə görə kadrların düzgün seçilib yerləşdirilməməsinin şirkətdə və təşkilatlarda bədbəxt hadisələrin və qəzaların, ümumi və peşə xəstəliklərinin baş verməsinə, son nəticədə istehsal gücünün aşağı düşməsinə, eyni zamanda iqtisadiyyata mənfi təsir göstərməsinə gətirib çıxarması, hamıya məlumdur. İnsan tiplərinə və onun psixofiziologiyasına əsaslanaraq müəssisə, idarə və təşkilatlarda işçilərin seçilməsi və vəzifələr üzrə yerləşdirilməsi, eyni zamanda həyatları boyu qazandıqları sağlamlıq göstəricilərinə görə iş yerləri ilə təmin edilməsi, bədbəxt hadisələrin və qəzaların, ümumi və peşə xəstəliklərinin azaldılması, müəssisənin istehsal gücünün artmasına səbəb olan biliklərə nail olmaq istəsəniz onda bu təlim sizin üçündür.
Təlimdən əldə edəcəksiniz:
  • İnsan tipləri və onun psixofiziologiyası. İnsan tiplərinə görə işçilərin seçilməsi və peşələr üzrə yerləşdirilməsi. İş vaxtı orqanizimdə fizioloji dəyişikliklərin yaranması. Psixofizioloji faktorlarlarla tanışlıq. Fiziki gərginlik nədir onu yaradan səbəblər. Hərəki dayaq apparatında fiziki gərginlik statik və dinamik gərginlik onun hesablanması ilə tanışlıq.
  •  Fizioloji cəhətdən hərəki aktivliyin az olması (qipodinamiya), qan dövranı, tənəffüs sistemi və səs bağlarının fizioloji cəhətdən gərgin vəziyyətdə olmasını törədən səbəblər və onların profilaktikası.
  • Əsəb – psixi yorğunluğu törədən səbəblər onların profilaktikası və aradan qaldırılması yolları. Psixoloji gərginliyi yaradan səbəblər onların aradan qaldırılması yolları və onların profilaktikası. Əqli işlər vaxtı orqanizmin fizioloji reaksiyası və onun klassifikasiyası.
  • Kollektivdə həmrəyliyin əmək qabliyyətinə göstərdiyi təsir ilə tanışlıq, ondan doğan nəticələr və onun inkişaf etdirilməsi yolları. Əməyin elmi təşkilinin əsas istiqamətləri ilə tanışlıq və onların əməli işdə tətbiqi yolları.
  • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 23.01.1998 – ci il tarixli 13 saylı “Tibbi müayinələrin təkmilləşdirilməsi haqqında” kı əmri ilə tanışlıq. Fəhlə və qulluqçuların sağlamlıq göstəricilərinə görə yerləşdirilməsi.
Təlimin proqramı:
  • İrqlər və insan tipləri. Orqanizmin xüsusiyyətləri. Biololi və sosioloji amillərin insana psixofizioloji təsiri.
  • Antropologiya nədir? İnsanın anatomo-fizioloji xüsusiyyətləri. Ali psixi funksiyaların xüsusiyyətləri. İnsanın yaş dövrləri.
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23.01.1998 – ci il  tarixli 13 saylı “Tibbi müayinələrin təkmilləşdirilməsi haqqında”kı  əmri ilə qısa tanışlıq.
  • “Əməyin gigiyenası xidmətləri haqqında” kı 26.06.1985-ci il Konvensiyası.
  • İnsanın psixofizioloji və sağlamlıq göstəricilərinə görə peşələrin seçilməsi və kadırların düzgün yerləşdirilməsi.
  • Psixofizioloji faktorları yaradan səbəblər. Psixofizioloji faktorları yaradan səbəbləri öyrənmə metodları. Əməyin formaları.
  • Psixofizioloji faktorlar. Fizioloji təsirə malik faktorlar. Əsəb – psixi gərginlik.
  • Monoton işin profilaktikası. Monotonluğa qarşı sağlamlaşdırıcı tədbirlər. Monoton işə qarşı reaksiyalar.
  • Zərərli maddələrin fiziologiyadan asıllığı. Zərərli maddələrin orqanizmə təsiri.
  • Psixoloji faktorlar. Kollektivdə həmrəylik.
  • Əməyin elmi təşkilinin əsas istiqamətləri. İntelektual gərginlik.  Gərginliyin qiymətləndirilməsi.
Təlimdə iştirak haqqı:
220 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: