GRBS

Timbildinq (ofisdə/açıq havada)



Komanda öz özünə əmələ gəlmir, onu yaradırlar. Bizim mütəxəssislərimiz sizin şirkətinizin əməkdaşlarının qarşılıqlı münasıbətlərində effektivliyi və birlik səviyyəsini yüksəltməkdə onlara yardım göstərəcəklər. Bizim təlimin müəyyən olunmuş nəzəri hissəsi yoxdur və o, komandanın təşkil edilməsinə yönəldilmiş 100% qrupun praktik işindən ibarətdir (psixoloji təlimlər, cüt və yarımqruplarda məşğələlər, müzakirələr və s.).
Təlimdən əldə edəcəksiniz:
  • Kollektivinizdə birlik formalaşacaq və komandaya aid oluğunuzu hiss edəcəksiniz
  • Eyni dildə və yaxud bir-birinizin dilində danışmağa başlayacaqsınız
  • Komandada qarşılıqlı yardımın səviyyəsi yüksələcək
  • Qarşılıqlı əlaqə zamanı qarşılaşacağınız müxtəlif vəziyyətlərdən konstruktiv çıxış yolları tapacaqsınız
Təlimin proqramı:
  • İntelektual timbildinq – timbildinqin ən əlverişli formasıdır, belə ki, bu timbildinqdə fiziki hazırlığından asılı olmayaraq hamı iştirak edə bilər. Timbildinqin bu növündə iştirakçıların rəhbər fəaliyyətinə olan bacarığı, seçim etmək, liderlik, köhnədə yenilik tapmaq bacarıqları aşkar olur. İntellektual timbildinqin senarisi aşağıda qeyd edilən tapşırıqlardan ibarətdir: "Beyin Həmləsi", "Casusvari Ehtiraslar", "Breyn-Rinq", "Kəşf Et"
  • Yaradıcı timbildinq hər bir iştirakçının bacarıqlarını aşkar etmək üçün çox effektiv vasitədir. İştirakçıların yarış əhval ruhiyyəsi yeni imkanların təbii formada açılmasına kömək edəcək. Yaradıcı timbildinqdə siz film çəkə, fantastik formalar quraşdıra, səhnəcik qura, yaxud hansısa əsərin qəhramanına çevrilə, qrafiti ya da gil üzərində eksklüziv naxışlar çəkə bilərsiniz.
  • İdman Timbildinq növü istirahətin və əməkdaşlığın çox fəal formasıdır. Sizin üçün nə önəmlidir - ayrılıqda hər iştirakçının marağı, yoxsa bütün komandanın? Bu sualın cavabını siz bu təlimdə tapa bilərsiniz. Təlim komandanın üzvlərinin birliyi üçün şərait və şirkətdə yüksək əhval ruhiyyə yaradır. Təlimə komandalararası yarışlar, müxtəlif estafetlər, yürüşlər və ekstrimal proqramların təşkil edilməsi daxildir
Təlimdə iştirak haqqı:
Korporativ danışıqlar əsasında
limin müddəti:
Korporativ danışıqlar əsasında
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: