GRBS

Materialların Peşəkar Satışı



Dünya çox sürətlə dəyişir, lakin biznes sahəsində o artıq işıq sürəti ilə dəyişir. Məhz bu sahədə İstehlakçı uğrunda mübarizə həlledici savaşa dönür. Və bu gün demək olar ki bütün şirkətlər bu tendensiya qəbul edib daha yüksək xidmət göstərmək, öz müştərilərini rəqiblərindən daha üstün şəkildə məmnun etmək siyasətini qəbul etmişdir. Bizim təlim sözün əsl mənasında, sizə satıcılıq bacarıqlarına yiyələnmək imkanı yaradacaq. Daha dəqiq desək, peşəkar satıcı, məsləhətçi, vasitəçi, agent, distributor və ya ticarət üzrə təmsilçi olmağı öyrədəcəkdir. Müasir ticarətə sizin nəzər- nöqtənizi dəyişəcək bir fürsəti əldən buraxmayın.
Təlimdən əldə edəcəksiniz:
  • Satıcılıq bacarıqlarına yiyələnmək və onları inkişaf elətdirmək.
  • Satıcı heyətinə effektiv təqdimat üsullarının öyrədilməsi.
  • Satış üzrə menecerin effektivliyinin artırılması.
  • Özünü, məhsulunu və şirkətini təqdim etməklə uğurlu danışıqların aparılması bacarıqlarına yiyələnmək.
  • Rəqabət şəraitində uğura nail olmaq məqsədilə, İndividual satış üsulunun mükəmməlləşdirilməsi.
Təlimin proqramı:
  • Satışın planlaşdırması  və hazırlanması
  • Satışlarda müştəri psixologiyasının müəyyən edilməsi
  • Müştərilərin ehtiyac və tələbatlarının təhlili
  • Satış Salonunun Təhlili
  • Ticarət avadanlıqlarının və  məhsullarının yığılma növləri
  • Merçandayzinqin əsasları: Müştərilərin salonda özünü aparması
  • Müştərilərlə əlaqə yaratmağın xüsusiyyətləri
  • Müştəriləri itirməməyin strategiyası
  • Məhsulun qiyməti və faydaları
  • Məhsulun effektiv təqdimatı
  • Məhsulun və xidmətin təqdimatı
  • Bazarı əldə etməyin üsulları
  • Danışıqların aparılması
  • Satışın son nöqtələri
  • Konfliktin idarə olunması
Təlimdə iştirak haqqı:
360 AZN (ƏDV xaric)
limin müddəti:
24 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: