GRBS

Düşünülmüş Satış



Son illərdə satışın bir çox dəyişikliklərə uğradığı heç kim üçün sirr deyil. Bu, həyəcanlı və dinamik bir peşədir, lakin eyni zamanda ən çox yanlış anlaşılan və layiqincə qiymət verilməyən bir peşədir, ən azı son illərdə. Qeyri-ciddi geyimli və zarafatla mal satmağa çalışan xırda alverçilərin yerini artıq yeni nəsil peşəkarlar : yüksək dərəcədə təlimləndirilmiş və səliqəli geyinmiş, dürüst, etibarlı və səriştəli satıcılar alıb. Bu təlim sizə həmin peşəkar satıcılardan biri olmağa kömək edəcək.
Təlimdən əldə edəcəksiniz:
  • Təəccüb doğuran bir paradoks: digər insanlara istədiklərini əldə etməyə kömək etmək bizə öz istədiklərimizi əldə etməyə imkan verir
  • Nail olmaq istədiyiniz məqsədə diqqətinizi cəmləməyin və ona nail olmaq üçün strategiyalar hazırlamağın bir yolu kimi məqsədin müəyyənləşdirilməsi üsullarından istifadə etmək
  • Məhsul və xidmətlərin funksiyaları və faydaları arasındakı fərqi dərk etmək
  • Öz məhsul və xidmətlərinizin rəqabətli üstünlüklərini müəyyən etmək və bunları daha yaxşı təqdim etməyi bacarmaq, beləliklə də etirazların qarşısını almaq və biznesdə daha uğurlu olmaq
  • Müxtəlif situasiyalarda satışın müxtəlif növlərindən istifadə etmək
  • Effektiv şəkildə yeni müştərilər tapmağın yollarını araşdırmaq
Təlimin proqramı:
  • Başlıca satış bacarıqları
  • Satış nədir?
  • Funksiyalar və faydalar
  • SMART məqsədlər
  • Vaxtın idarə edilməsi ilə bağlı məsləhətlər
  • Müştəri xidmətləri
  • Satışın növləri
  • On əsas səhv
  • Yeni müştərilərin tapılması
  • Satış qiyməti
Təlimdə iştirak haqqı:
220 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: