GRBS

Satışda çətinliklərin aradan qaldırılması



Yəqin ki, siz də əksər satış üzrə mütəxəssislər kimi müştəri etirazlarının öhdəsindən gəlməyin və satışı həyata keçirməyin yollarını axtarırsınız. Bu təlim sizə müştərinin maraqlarına cavab verən təklif və təqdimatları planlaşdırmağa, onlara hazırlaşmağa və həyata keçirməyə kömək edəcəkdir. Buradan öyrənəcəyiniz biliklər vasitəsi ilə siz müştərilərdən aldığınız “xeyr” cavabının sayını azaltmağa və həyata keçirdiyiniz satışların sayını isə artırmağa nail olacaqsınız.
Təlimdən əldə edəcəksiniz:
  • Özünüzə etibar yaratmağın yollarını öyrənəcək
  • Müştərilərin sizə ən çox hansı səbəblərdən “xeyr” dediyini təyin edəcək
  • Potensial alıcı sizin təklifinizi rədd edərkən, onlara verəcəyiniz müvafiq cavabları hazırlayacaq
  • Müştəri etirazının əsassızlığını sübut etmək üçün dəyərli arqumentlər gətirərək, satışı reallaşdırmaq ehtimalınızı artırmağın yolunu məşq edəcək
  • Potensial alıcının nə vaxt  almağa hazır olduğunu təyin etməyi öyrənəcək
  • Satış komandanızla işləməyin sizə uğur qazanmaqda necə faydalı ola biləcəyini anlayacaqsınız
Təlimin proqramı:
  • Etibarın yaradılması
  • Sizin rəqabətiniz
  • Vacib ünsiyyət bacarıqları
  • Müşahidə etmək bacarığı
  • Müştəri şikayətlərinin öhdəsindən gəlmək
  • Etirazların aradan qaldırılması
  • Etirazların öhdəsindən gəlmək
  • Qiymətqoyma məsələsi
  • Komanda işindən necə yararlana bilərəm?
  • Almaq siqnalları
  • Satışın baş tutması
Təlimdə iştirak haqqı:
240 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: