GRBS

Müqavilələr və İşgüzar Yazışma



İşgüzar yazışma işgüzar ünsiyyətin əsasıdır. Səliqəsiz, səhvlər ilə və düzgün tərtib olunmamış işgüzar məktub adresatı əsəbləşdirir. Belə bir məktuba ciddi və diqqətlə yanaşmaq mümkün deyil və bu cür məktubun müəllifi oxucuda heç bir rəğbət hissi oyatmır. Təəssüf ki, insan psixologiyası belə qurulmuşdur. Əksinə, düzgün tərtib olunmuş məktub sizin və ya təmsil etdiyiniz şirkətinizin nə dərəcədə etibarlı və ciddi olmasının göstəricisidir. Düzgün işgüzar yazışma aparmaq əlaqələrin qurulmasına, münasibətlərin yaxşılaşmasına və həll oluna bilməyən məsələlərin həllinə səbəb olur. Biznesin bütün sahələrində çalışan bir çox mütəxəssislər praktik olaraq hər gün işgüzar yazışma aparmaq  zəruriyyəti ilə rastlaşırlar. Məsələn: müxtəlif məktubların yazılması, iş prosesində lazım olan biznes təqdimatlarının, hesabatların, müqavilələrin və digər sənədlərin hazırlanması. Əgər yuxarıda qeyd edilənlərin hamısının ingilis dilində aparılması tələb olunursa, bu halda keçirdiyimiz təlim bu işi daha keyfiyyətli və effektiv etməyə yardım edəcək. Əgər siz sənədləri qüsursuz tərtib etmək, ingilis dilində işgüzar yazışma aparmaq barədə ən son məlumatları əldə etmək istəyirsinizsə, bizim təlim məhz  Sizin üçündür.
Təlimdən əldə edəcəksiniz:
  • Məktubları, kontraktları və sənədləşməni ingilis dilində tərtib etmək qaydalarına yiyələnmək.
  • Əməkdaşlar tərəfindən rəsmi yazışmada yol verilən səhvləri azaltmaq.
  • Şirkətdə rəsmi yazışma aparılmasının  vahid standartını  formalaşdırmaq.
Təlimin proqramı:
  • Yazışma. İşgüzar İmic
  • İşgüzar məktubun tərtibi
  • Məktubun formatı. İşgüzar məktubun komponentləri
  • Sistemləşdirmə və punktusiya qaydaları
  • Müraciət formaları
  • Məktubun növləri
  • Şikayətlər, iddialar, razılaşdırılma
  • Ticari və PR məktubları
  • İctimai məsələlərlə bağlı məktublar
  • Ticarət Razılaşması
  • Qayimənin forması
  • Alış-veriş müqaviləsi
  • Əmək Müqaviləsi
  • İmtina aktı
Təlimdə iştirak haqqı:
360 AZN (ƏDV xaric)
limin müddəti:
20 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: