GRBS

Brend Geyimlərin Satış Bacarıqları



Satış üzrə konsultantlar yüksək keyfiyyətli produksiyanın satışının heç də rahat olmadığını bildirirlər. Bəzi amillər: potensial müştəri ilə möhkəm əlaqəni qura bilməmək, məhsulun təqdimatı zamanı yaranan çətinliklər, müştəri ilə ünsiyyət qurduqda danışma və dinləmə tarazlığının gözlənilməməsi satış üzrə menecerin işinə mənfi təsir göstərir. Hazırkı təlim yüksək paltarların satışı bacarıqlarını təkmilləşdirməyə yönəlib. Bu təlimin sayəsində satış üzrə menecerlər yüksək keyfiyyətli produksiyanın satışı üçün effektiv yanaşmanın tətbiqini, xüsusi paltarların uğurlu satışını, brend və neyminqləri istehlakçı mühitindən seçimini və yüksək keyfiyyətli paltarların satışı zamanı öz effektivliyinin necə əldə edilməsini öyrənəcəklər.
Təlimdən əldə edəcəksiniz:
  • Yüksək keyfiyyətli paltarların və onların birbaşa satışı zamanı işgüzar ünsiyyətin özünə xas xüsusiyyətlərini anlamaq.
  • Yüksək keyfiyyətli paltarların satışı zamanı potensial müştərini qane etmək üçün effektiv strategiyanı seçmək.
  • Yüksək keyfiyyətli paltarların satışı üçün brend və neyminqlərin xüsusiyyətlərini öyrənmək.
  • Yüksək keyfiyyətli paltarların satışının texnikalarını mənimsəmək.
  • İnandırıcı işgüzar rəftar və əxlaq bacarıqların inkişaf etmək.
  • Şəxsi və peşəkar xüsusiyyətlərdən satış aləti kimi istifadə etmək.
Təlimin proqramı:
  • “Brend” və “neyminq” nədir
  • Brendlərin təsnifatı
  • Etiketin brendə çevrilməsi
  • Brendin istehlakçıya xeyri nədir?
  • İmic və ad
  • Rəqib və opponentlərlə iş
  • Mağazada düzgün işıqlandırma
  • Malın rəfdə qoyuluşu. Rəngləri uzlaşdırma prinsipi
  • Vitrinləşdirmə və manekenlər
  • Yeni qəbul edilmiş malın merçandayzinqi
  • Ticarət kanallarının marketinqi
  • İşgüzar etiket və peşəkar satıcının tərzi
  • Müştəri tipləri– soyuqqanlı, neytral, istiqanlı
  • Ağır xasiyyətli müştərilərlə iş
  • VİP müştərilərin qərar vermə prosesini necə asanlaşdırmaq olar
  • Satıcının ticarət salonunda geyim kodu
  • Uğurlu təqdimatın mexanizmi
  • Satış zamanı istifadə edilən üsullar
  • Satıcının ən vacib ehkamı
  • Satışı başa çatdırmağın qaydaları
  • Son təəssüratın yaxşı olmalıdır
  • Alıcını cəlb etməyin, təəcübləndirməyin və itirməməyin yolları
  • “Help Me!” üsulu
Təlimdə iştirak haqqı:
360 AZN (ƏDV xaric)
limin müddəti:
24 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: