GRBS

Yeni işçinin işə başlama proqramının əsas qaydaları



Bilirsinizmi, əksər işçilər işdən çıxma qərarına şirkətdə ilk 18 ay ərzində gəlirlər? İşçi işdən çıxanda onu başqası ilə əvəz etmək, onun maaşının üç mislinə başa gəlir. İşçiyə ilk aylarda bələdçilik edəcək, yaxşı təşkil olunmuş adaptasiya proqramı tətbiq etməklə, işçinin sizin şirkətdə qalması ehtimalını artıra bilərsiniz. Bu iki günlük təlim, adaptasiya proqramının faydalarını araşdıracaq, effektiv adaptasiya proqramının necə təşkil edildiyini göstərəcək, proqramı müxtəlif auditoriyalara (menecerlər və icraçılar daxil olmaqla) uyğunlaşdırmağın və proqramın nəticələrini ölçməyin yollarını tədqiq edəcək.
Təlimdən əldə edəcəksiniz:
  • İşə adaptasiya proqramının nə olduğunu və bunun oriyentasiyadan fərqini araşdıracaqsınız
  • Uğurlu adaptasiya proqramının biznesiniz üçün faydalarını müəyyən edəcəksiniz
  • Uğura aparan amilləri və uğursuzluğa səbəb olan məsələləri müzakirə edəcəksiniz
  • İşə adaptasiya proqramının hazırlanması prosesinə nələrin daxil olmalı olduğunu öyrənəcəksiniz
  • Düzgün məqsədin altı əsas elementini araşdıracaqsınız
  • İşə adaptasiya proqramının müxtəlif fazalarının əsas komponentlərini müəyyən edəcəksiniz
  • İşə adaptasiya proqramının icmalını hazırlamaq bacarığı qazanacaqsınız
  • Məlumat toplamaq və adaptasiya prosesinin nəticələrini qiymətləndirməyi öyrənəcəksiniz
  • İcraçılar üçün adaptasiya proqramının digər işçilər üçün olan proqramdan necə fərqləndiyini anlayacaqsınız
  • İşə adaptasiya proqramınızı düzgün və özünəməxsus şəkildə təşkil etməyi öyrənəcəksiniz
Təlimin proqramı:
  • İşə adaptasiya proqramı nədir?
  • Adaptasiya proqramını aparan komandanın təşkil olunması
  • Lazımlı məlumatın toplanılması
  • Məqsədlərin müəyyən edilməsi
  • Proqramın hazırlanması
  • Fərdi adaptasiya planı
  • Ümumi formanın şirkətinizə uyğunlaşdırılması
  • Nəticələrin ölçülməsi
  • İcraçıların işə adaptasiyası
  • İşçilərin işə bağlılığının əhəmiyyəti
  • Proqramınızı unikal etməyin 10 yolu
  • Əyləncə və oyunlar
Təlimdə iştirak haqqı:
480 AZN (ƏDV xaric)
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: