GRBS

Danışıqların aparılmasında əsas bacarıqlar



Danışıqlar aparmaq bacarığı istənilən biznes üçün vacib, hətta həlledicidir. Biznes mühitində, istər təchizatçılarla, istərsə də müştərilərlə danışıqlar zamanı sizin şirkətinizin uğurunu, sizin effektiv sövdələşmə aparmaq bacarığınız müəyyən edəcək. Məhz buna görə də, bu prosesə həm psixoloji cəhətdən hazır olmalı, həm də məqsədlərinizi və ən yaxşı alternativləri əvvəlcədən dəqiq müəyyən etməlisiniz. Bu təlim sizə effektiv danışıqlar aparmaq üçün lazım olan bacarıqları öyrədəcək və sövdələşmə prosesinin stressini azaltmağa kömək edəcək.
Təlimdən əldə edəcəksiniz:
  • Danışıqlarla bağlı əsas anlayışları və danışıqlar aparmaq üçün lazım olan əsas bacarıqları müəyyənləşdirəcəksiniz
  • Danışıqlara necə hazırlaşa biləcəyinizi öyrənəcəksiniz
  • Çətinliklərin öhdəsindən gəlməyin strategiyalarını araşdıracaqsınız
  • İstənilən halda xeyrinizə olan situasiyalar yaratmağın yollarını öyrənəcəksiniz
  • Davamlı və hərtərəfli razılaşma əldə etmək bacarığına yiyələnəcəksiniz
Təlimin proqramı:
  • Danışıq anlayışı
  • Uğurun şərti olan əsas bacarıqlar
  • Danşıqların növləri və fazaları
  • Araşdırmanın aparılması
  • Razılaşmadan imtina etmə mövqeyi (WAP)
  • Razılaşmaya ən yaxşı alternativ (BATNA)
  • Mümkün razılaşma zonası (ZOPA) daxilində işləmək
  • Sakit qalmağın yolları
  • Digər tərəfə qarşı yox, onlarla birgə işləmək
  • Qarşılıqlı güclərin mübarizəsinə yol verməmək
  • Diqqətinizi cəmləşdirmək
  • Məsələyə kənardan baxmaq
  • Ekspertlər, vasitəçilər və üçüncü tərəflərdən istifadə
  • Ümumi razılaşma əsaslarının müəyyən edilməsi
  • Davamlı və hərtərəfli razılaşma nə deməkdir?
  • Hər iki tərəfin maraqlarını nəzərə almaq
  • Mümkün seçimlərin gözdən keçirilməsi
Təlimdə iştirak haqqı:
260 AZN 
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: