GRBS

Əlillik haqqında məlumatlılıq: Əlilliyi olan insanlarla iş



Əlilliyi olan insanlar biznes üçün əhəmiyyətli və çox vaxt tam istifadə olunmayan bir resurs təşkil edirlər. Əlilliyi olan əksər insanlar işsizdirlər və ya öz ixtisaslarına uyğun olmayan işdə işləyirlər. Müxtəlifliyi müdafiə edən təbliğat sayəsində, eləcə də əmək bazarının daralması səbəbi ilə işəgötürənlər əlilliyi olan insanları işə götürmək və işdə saxlamaq haqqında ciddi düşünməyə başlayırlar. Bu təlim supervayzerlərə, menecerlərə və insan resursları üzrə məsləhətçilərə müxtəlifliyə malik iş yeri yaratmaq üçün alətlər və məsləhətlər verəcəkdir.
Təlimdən əldə edəcəksiniz:
  • Öz iş yerlərində əlilliyi olan insanları görməyi xoş qarşılamağa hazırlaşmaq
  • Əlilliyi olan insanlarla qarşılıqlı münasibətdə olmaq
  • İş yerində baryerləri müəyyən etmək və onların öhdəsindən gəlmək
  • Hər şəraitdə hörmətli, münasib və məqbul dildən istifadə etmək
  • İşəgötürmə və müsahibə zamanı onların şirkətlərinin nə edə biləcəyini anlamaq
  • İş mühitinin işçiyə uyğunlaşdırılmasının nə demək olduğunu və bunun onların iş yerində necə tətbiq edilə biləcəyini anlamaq
Təlimin proqramı:
  • Terminlərin tərifi
  • Yanlış anlayışlar və reallıqlar
  • Biznes situasiyası
  • Yarlıqların yırtılması
  • Əlverişlilik
  • Müxtəlifliklə bağlı əsas məqamlar
  • İşəgötürmə vasitəsilə müxtəlifliyin stimullaşdırılması
  • STOP metodundan istifadə
  • Əlillik haqqında məlumatlılıq üçün ünsiyyətin əsasları
  • Ünsiyyət üslubları
  • Tənqidi söhbətlər
  • Bunu necə reallaşdıra bilərik?
Təlimdə iştirak haqqı:
320 AZN (ƏDV xaric)
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: