GRBS

Konfrans və tədbirlərin idarə edilməsi



Mənalı və yadda qalan tədbirləri təşkil etmək yaradıcılıqla yanaşı, detallara qarşı diqqət, uyğunlaşma, effektiv səlahiyyət vermə bacarığı və çoxlu iş tələb edir. Bu iki günlük təlim sizi ilk mərhələ olan planlaşdırmadan son cizgilərə (dekorasiya, yemək və musiqi kimi) qədər tədbirlərin idarə edilməsi prosesi ilə tanış edəcək. Bu təlim spesifik olaraq korporativ tədbirlərin planlaşdırılması üçün nəzərdə tutulsa da, bunun bəzi elementləri eyni zamanda şəxsi tədbirlərin (ildönümləri, xüsusi ad günü yığıncaqları, toylar və s.) planlaşdırılmasına da tətbiq edilə bilər. Əsasən, biz tətbiq üçün hazır olan effektiv və yaxşı planlaşdırılmış bir dizayn yaradırıq və bu dizayn təkrar-təkrar istifadə oluna bilər.
Təlimdən əldə edəcəksiniz:
  • Korporativ tədbirin tam şəkildə planlaşdırılması (gündəlik, büdcə, məqsədlər, yer, auditoriya, yemək və müştərinizin ehtiyacı ola biləcək digər şeylər daxil olmaqla)
  • Tədbirin büdcəyə uyğun olmasının təmin edilməsi
  • Mediadan və gələnlərin özləri ilə apara biləcəkləri çanta və digər şeylərdən geniş istifadəni ehtiva edən reklam və marketinq planının hazırlanması
  • Partnyorlar, sponsorlar və könüllü şəxslərin sizin tədbirinizi unudulmaz etməyə necə kömək edə biləcəklərinin müəyyən edilməsi
  • Qonaqların yadında qalacaq xidmət atmosferinin yaradılması
  • Tədbirinizin effektini artırmaq üçün təşrifat məmuru və spikerlərin seçilməsi
  • Fərqlilik planının yaradılması
  • Proses bitdikdən sonra onun qiymətləndirilməsi
Təlimin proqramı:
  • Tədbirin planlaşdırılmasının əsasları
  • Büdcənin hazırlanmasının əsasları
  • Komitə yanaşmasından istifadə
  • Partnyorlar və sponsorlarla əlaqə
  • Reklam və marketinq
  • Tədbir üçün yerin seçilməsi
  • Qonaqlar üçün yeməklər
  • Biznes etiketinin əsasları
  • Fərqliliyin alqışlanması
  • Xidmət atmosferinin yaradılması
  • Təşrifat məmuru və spikerlərin seçilməsi
  • Müqavilələrin idarə edilməsi
  • Rəylərin toplanması
  • Son cizgilərin əlavə edilməsi
  • Tədbir günündə rollar
  • Tədbirin bağlanması
  • Planlaşdırmanın məşq edilməsi
Təlimdə iştirak haqqı:
420 AZN (ƏDV xaric)
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: