GRBS

Korporativ brendin yaradılması və idarə edilməsi



Brend, sizin məhsulunuzu və ya xidmətinizi müştərinin həyatına və qəlbinə yerləşdirən bir vasitədir. Yaxşı brend sadəcə cəlbedici şəkildən ibarət deyil. Sizin brendiniz məhsulunuzun qəlbini və ruhunu əks etdirməli və ondan gözlənilənləri doğrultmağı vəd etməlidir. Bu təlim mükəmməl brend yaratmaq üçün sizin yolunuzun başlanğıcı olacaq. Birinci gün brendinqin əsaslarından və vizual brend şəxsiyyətinin necə yaradıldığından danışılacaq. Həmçinin öz istəklərinizi professional dizaynerə doğru şəkildə çatdırmağınız üçün qrafik dizaynla bağlı bəzi məsləhətlər veriləcək. İkinci gün brendinizi necə doğru şəkildə bazara çıxarmaq lazım olduğu müzakirə ediləcək. Biz həm də nəzarət və qiymətləndirmə vasitələrinin köməyi ilə brendinizi daima canlı və “enerjili” saxlamağın yolları haqqında danışacağıq.
Təlimdən əldə edəcəksiniz:
  • Brendi (xüsusilə də güclü brendi) təyin etmək və brendinqin nə demək olduğunu aydınlaşdırmaq
  • Brend arxitekturasının və brend genişlənməsinin müxtəlif növlərini təyin etmək
  • Brendinizin məhsullarını və həmin məhsulların xüsusiyyətlərini və dəyərlərini müəyyən etmək
  • Brend üçün missiya, vizyon və üslub bəyanatı yazmaq
  • Brendin mövqeləndirilməsinin əsaslarını təsvir etmək
  • Brend adı, sloqan (şüar) və loqo daxil olmaqla vizual brend şəxsiyyətinin yaradılmasının əsaslarını anlamaq
  • Brendlə möhkəm təmas nöqtələri yaratmaqla və işçilərinizə brendin “səfiri” olmaq səlahiyyəti verməklə onların brendi “yaşamasına” kömək etmək
  • Brendin bazara çıxarılmasını effektiv şəkildə planlaşdırmaq
  • Brendinizə nəzarət və qiymətləndirmə aparmaq və nəticələrə necə reaksiya vermək lazım olduğunu anlamaq
Təlimin proqramı:
  • Brendinq anlayışı
  • Sizin məhsulunuzun mahiyyəti
  • Missiyanın yaradılması
  • Gələcəyin vizyonunun yaradılması
  • Brendin mövqeləndirilməsi
  • Brend üslubunun yaradılması
  • Brend adı və sloqanın seçilməsi
  • Vizual brend şəxsiyyətinin yaradılması
  • Brendi yaşamaq
  • Müştərilərlə əlaqənin yaradılması
  • Brendin bazara çıxarılması
  • Brendin nəbzini tutmaq
  • SWOT analizinin aparılması
  • Balanslaşdırılmış qiymət kartı vasitəsilə brendin qiymətləndirilməsi
  • Middleton-un Brend Matrisi
  • Qiymətləndirmənin nəticələrinin şərhi
  • Brendin yaşadılması
  • Brendin hüdudlarını aşmaq
Təlimdə iştirak haqqı:
480 AZN (ƏDV xaric)
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: