GRBS

Tədqiqat bacarıqları



Bu informasiya çoxluğu zamanında etibar edə biləcəyiniz yaxşı məlumatı haradan tapacağınızı bilmək çətin ola bilər. Əgər siz vacib layihə, hesabat və ya təklif üçün araşdırma aparırsınızsa, tam əmin ola biləcəyiniz məlumatı necə tapırsınız? Bu təlim sizə bir sıra müxtəlif alətlərdən istifadə etməklə istənilən mövzu üzərində necə araşdırma aparmaq lazım olduğunu öyrədəcək. Biz oxuma, yadda saxlama, qeyd götürmə və planlaşdırma kimi sadə metodlardan başlayacağıq. Biz həmçinin sizin layihənizin müxtəlif mərhələləri üçün müxtəlif cür icmalların yaradılması və icmaldan əsas yazı və redaktəyə necə keçmək haqqında danışacağıq. Ən əsası, biz kitabxananın onluq Dyui sistemi, jurnallar və internet daxil olmaqla bütün məlumat mənbələrindən necə istifadə etmək lazım olduğunu müzakirə edəcəyik. Bu təlimdən sonra siz istənilən mövzuda etibarlı məlumat tapmağa və həmin məlumatı maraqlı və dəqiq tədqiqat işinə çevirməyə hazır olacaqsınız.
Təlimdən əldə edəcəksiniz:
  • Düzgün araşdırma və sənədləşdirmənin faydalarını müəyyən etmək
  • Maksimum informasiya yadda saxlamaq üçün oxumaq
  • Effektiv qeydlər götürmək
  • Tədqiqat strategiyasını planlaşdırmaq
  • Müxtəlif araşdırma mənbələrini təyin və istifadə etmək
  • İlkin və son icmalların hazırlanması
  • Üslub bələdçilərindən istifadə etmək və ən geniş yayılmış üslubları müəyyən etməyi bacarmaq
  • Plagiata yol verilmədiyinə əminliyi təmin etmək üçün öz işlərini sənədləşdirmək və istinad etmək
Təlimin proqramı:
  • Tədqiqat bacarıqları nə üçün vacibdir?
  • Əsas bacarıqlar
  • Tədqiqat strategiyasının planlaşdırılması
  • Nəyi və haradan axtarmaq lazımdır?
  • Köhnə üsullarla məlumatın tapılması
  • İnternet vasitəsilə araşdırma
  • Yazmağa hazırlaşmaq
  • Qələmi işə başlatmaq
Təlimdə iştirak haqqı:
260 AZN 
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: