GRBS

İş yerinin erqonomikası



İnsan bədəni kövrək bir sistemdir, biz isə hər gün ona bir çox tələbləri yükləyirik. Məhsulları rəfdən götürmək üçün uzanmaq, hər gün saatlarla kompüter qarşısında əyləşmək və ya ağır əşyaları hərəkət etdirmək kimi fəaliyyətlər bizim sağlamlığımıza ciddi zərərlər vura bilər. Bu iki günlük təlimdə siz gündəlik işləri öz bədəniniz və beyniniz üçün daha asan etmək üçün öz iş mühitinizi mümkün qədər erqonomik etməyi öyrənəcəksiniz.
Təlimdən əldə edəcəksiniz:
  • Erqonomikanın nə olduğunu və həll olunmamış erqonomik təhlükələrin səbəb olduğu zərərlərin növlərini  anlayacaq  
  • Tətbiq edə və öz erqonomik cəhdləriniz üçün istifadə edə biləcəyiniz bir çərçivə struktur əldə edəcək
  • Erqonomik siklin mərhələlərini müəyyən edəcək
  • Erqonomik təhlükələri müəyyən etmək üçün müxtəlif metod və alətlər əldə edəcək
  • Təhlükələrin aradan qaldırılması üçün üç əsas metodu öyrənəcəksiniz.
Təlimin proqramı:
  • İş yerinizdə erqonomikanın rolu
  • Erqonomik qiymətləndirmə sikli
  • Erqonomik təhlükələrin müəyyən edilməsi və qiymətləndirilməsi
  • Erqonomik məsələlərlə bağlı planın hazırlanması
  • Həll yolunun müəyyən olunması və tətbiqi
  • İşçilərin iştirakına nail olma
  • Uğurlu tətbiq üçün məsləhətlər
  • Erqonomik proqramınızın nəzərdən keçirilməsi
  • Əsas erqonomik prinsiplər
  • Optimal oturuş və duruş
  • Təhlükəsiz qaldırma və daşıma
  • Erqonomik iş stansiyaları
  • Təhlükəsiz alətlərin seçilməsi və istifadəsi
  • Erqonomik mühitin yaradılması
  • Bütün bunların birgə tətbiqi
Təlimdə iştirak haqqı:
360 AZN (ƏDV xaric)
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: