GRBS

Xaricdən Olan Müştərilər üçün



Qarşılamaq Və Müşayiət Etmək

GRBS® şirkəti, səriştəli işçiləri tərəfindən Müştərinin qarşılanması və otelə qədər müşayiət edilməsini təşkil edir. Bu xidmətə Müştərinin hava limanında (dəmir yolu vağzalında və ya dəniz limanı terminalında) qarşılanması, otelə qədər, həmçinin oteldən təlim keçirildiyi məkana qədər müşayiət edilməsi daxildir.  Xidmət xaricdən gələn Müştərilərimiz üçün tamamilə pulsuzdur.

Oteldə yerləşdirilmə

Bizim xaricdən və Azərbaycan Respublikası regionlarından gələn müştərilərimizin rahatlığı üçün biz öz üç ulduzlu Noah's Ark otelimizi təklif edirik. Bizim təlimlər/kurslar/tədbirlərimizdə və s. iştirak edən qonaqlarımıza eksklüziv "Bilik Zəvvarı" (daha ətraflı) endirimi tətbiq edirik. Bu qiymətə qəlyanaltı və digər xidmətlər daxildir. Daha ətraflı məlumat üçün bu sayta keçin: www.noahsark-hotel.com

Mədəni-əyləncəli Proqram

Bildiyimiz kimi, yad şəhərdə olmaq, bu şəhərin görməli yerləri və mədəniyyəti ilə tanışlıq baxımından  böyük maraq kəsb edir.  Bununla əlaqədar, GRBS® əlavə olaraq 1 nəfərdən 10 nəfərədək həm klassik, həmdə fərdi ekskursiyalar təşkil edir.

 

 

Klassik ekskursiyalar

Klassik ekskursiyalara Bakı şəhəri və şəhərətrafı tanınmış yerlərin ziyarət edilməsi daxildir:

  • Qız qalası
  • Şirvanşahlar Sarayı
  • Muhamməd ibn Abu-Bəkr Məscidi
  • Fəvvarələr Meydanı
  • Dağüstü Park
  • Bulvar
  • Bayıl Qəsri
  • Yanar Dağ
  • Atəşgah
  • Qobustan

 

Diqqətinizə çatdırmaq istəyirik ki, proqram Müştərinin istək və məqsədləri əsasında hazırlanır.

 

 

Fərdi ekskursiyalar

Fərdi ekskursiyalara dair proqram, klassikdən fərqli olaraq, xüsusi görməli yerlər toplusundan ibarət deyil.  Fərdi proqram Müştərinin istəyi əsasında tərtib edilir. Arzunuzdan asılı olaraq siz İçəri şəhərin qədim küçələrində gəzə bilər, funikulyorda gəzintiyə çıxarkən Bakı şəhərini seyr edə bilər və ya Bakı Metro stansiyalarına tamaşa edə bilərsiniz.

 

 

Axşam istirahəti

Diqqətəlayiq yerləri zövqlə tamaşa etdikdən sonra qonaqlarımız üçün axşam istirahətini təşkil edirik: teatr, restoran, fitnes-klub, akvapark, əyləncə mərkəzləri.

 

Klassik Ekskursiyaların Qiyməti:

Qrupda iştirakçı sayı

1-2

3-5

6-10

1 saat, Avro məbləğində, bir nəfər üçün

15

10

5

Müştəri üçün nəzərdə tutulan Fərdi ekskursiyanın və ya axşam istirahətinin qiyməti  1 saat, Avro məbləğində, bir nəfər üçün hesablanaraq təlimdən qabaq razılaşdırılır.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: