GRBS

Effektiv Planlaşdırma və Vaxt qrafiki tərtibatı



Layihə meneceri və lideri olaraq hər birimiz, layihənin müddətini dəqiq müəyyən etməyin necə çətin olduğunu bilirik. Halbuki bizdən gözlənilən də məhz budur. Bu iki günlük təlim, dəqiq vaxt qrafiki hazırlamağın sirrini açmayacaq, çünki belə bir sirr yoxdur. Lakin bu təlim, istənilən vaxt qrafikinin hazırlanması zamanı nəzərə almağın faydalı olduğu əsas amilləri izah edəcək.

Bu təlimdən əvvəl iştirakçılar layihələrin idarə edilməsi üzrə baza biliklərə malik olmalıdırlar.
Təlimdən əldə edəcəksiniz:
  • Layihələrin və vaxt qrafiklərinin əsas elementlərini müzakirə edəcəksiniz
  • Fəaliyyətlərin müddətini düzgün hesablamağın yollarını öyrənəcəksiniz
  • Layihənin planlaşdırılmasının vacib aspektlərini təhlil edəcəksiniz
  • Qeyri-müəyyənlik və riski idarə etmə bacarığınızı təkmilləşdirəcəksiniz
Təlimin proqramı:
  • Layihələr və vaxt qrafikləri
  • İşin hissələrə bölünməsinin strukturu
  • Fəaliyyətin müddətinin hesablanması
  • Müddətin hesablanması üzrə tapşırıq
  • Tapşırıqlar arasındakı qarşılıqlı asılılıqların müəyyən edilməsi
  • Resurslarla fəaliyyətlərin uzlaşdırılması
  • Layihənin planlaşdırılması
  • Vaxt qrafikinin tərtib olunması üçün proqram
  • Qeyri-müəyyənlik və riskin idarə edilməsi
  • Kommunikasiya
  • Effektiv vaxt qrafikinin yaradılması
  • Vaxt qrafikinin yenilənməsi və yoxlanılması
Təlimdə iştirak haqqı:
640 AZN (ƏDV xaric)
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: