GRBS

Ofis üçün İş Etikası



Qəbul olunmuş qərarın etik xarakter daşıyıb daşımadığını necə müəyyən etmək olar? Bu sualı cavablandırarkən bir sıra ziddiyyətlərlə üzləşirik. Məsələ ondadır ki, bir insan üçün etik sayılan bir şey, digər insan üçün qeyri etik sayıla bilər. Bu təlim etik xarakterli qərarlar qəbul etməyinizi asanlaşdırmayacaq, lakin etika ilə bağlı dilemmaların həllini tapmaq məqsədi ilə etik strukturunuzu müəyyənləşdirməkdə sizə kömək edəcək. Həmçinin sizi etik xarakter daşıyan qərarların qəbulu və çətin vəziyyətlərdən asanlıqla çıxa bilmək üçün lazım olan mexanizmlər və metodlarla tanış edəcək. Ən əsası, qərar qəbul etmək bacarığınızı təcrübədə yoxlaya biləcəksiniz.
Təlimdən əldə edəcəksiniz:
  • Etika ilə əxlaqın fərqini anlayacaqsınız
  • Etikanın dəyərini anlayacaqsınız
  • Bəzi dəyərlərinizi və əxlaq prinsiplərinizi müəyyən edəcəksiniz
  • Etik qərarlara fəlsəfi yanaşmağı öyrənəcəksiniz
  • Ofisinizdə etik dəyərləri yüksəltmək üsullarına yiyələnəcəksiniz
  • Ofisin əxlaqi kodeksi inkişaf etdirmək üçün lazım olanlarla tanış olacaqsınız
  • Düzgün qərar qəbul etmək mexanizmləri ilə tanış olacaqsınız
Təlimin proqramı:
  • Etika və əxlaqın tərifi
  • Dəyərlərinizin müəyyən edilməsi
  • Əxlaqi dəyərlərin inkişafına dair Kohlberqin altı mərhələsi
  • Əsas fəlsəfi yanaşmalar
  • Əsas qərarları qəbul etmək üsulları
  • Etik qərarın qəbul edilməsində səciyyəvi üsullar
  • Etik ofisin 22 qızıl qaydası
  • İşçilər, nəzarətçilər, müştərilər və şirkətin siyasəti ilə bağlı yaranan dilemmalar
  • Kolleqalar, supervayzerlər, müştərilər və şirkətin siyasəti ilə fikir ayrılığı
  • Səhvlərin düzəldilməsi
Təlimdə iştirak haqqı:
190 AZN 
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: