GRBS

Yeni supervayzerlər üçün mühasibatlıq bilikləri



Bir çoxlarımız “amortizasiya”, “pul vəsaitlərinin hərəkəti”, “maliyyə vəziyyəti haqqında hesabat” və (ən dəhşətlisi!) “büdcə” sözlərini eşidəndə tüklərimiz ürpənir. Halbuki müasir biznes dünyasında uğur qazanmaq üçün, xüsusən də bir menecer olaraq, bu məfhumları başa düşmək  çox vacibdir. Üstəlik, maliyyə terminləri heç də göründükləri qədər qorxuducu deyillər!
Təlimdən əldə edəcəksiniz:
  • Maliyyə menecmentinin əsasları ilə tanış olacaqsınız
  • Əsas maliyyə terminlərini və onların şirkətin maliyyəsində rolunu araşdıracaqsınız
  • Sizin biznes sahənizə aid olan qayda və nizamnamələri harada axtarmaq lazım olduğunu öyrənəcəksiniz
  • Mənfəət və zərər haqqında hesabat, maliyyə vəziyyəti haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və bölüşdürülməmiş mənfəət haqqında hesabat daxil olmaqla, maliyyə hesabatlarının müxtəlif növləri  ilə tanış olacaqsınız
  • Hesablar cədvəli, debet və kredit, uçotun kassa və hesablama metodları, single və double yazılış haqqında biliklər əldə edəcəksiniz
  • Əhəmiyyətli maliyyə verilənlərinin ayırd edilməsi və təhlilini öyrənəcəksiniz
  • Doğru maliyyə qərarlarını qəbul etməyi öyrənəcəksiniz
  • İllik hesabatları oxuyub təhlil edə biləcəksiniz
  • Şirkətin maliyyə riskinin səviyyəsini müəyyən etmək bacarığı qazanacaqsınız
  • Maliyyə planlarının müxtəlif növlərini təhlil edəcəksiniz
  • Büdcənin nə olduğunu və onu necə hazırlamaq lazım olduğunu öyrənəcəksiniz
  • Sizin üçün işləyən insanlara təsir edən maliyyə vəziyyətlərini həll etmək bacarığına yiyələnəcəksiniz
Təlimin proqramı:
  • Faktların dəqiq əldə olunması
  • Uçot dövrü
  • Əsas hesabatlar
  • Daimi qeydiyyatın aparılması
  • Əsas maliyyə terminləri
  • Debetlər və kreditlər
  • Maliyyə təhlili alətləri
  • Yüksək və aşağı risk səviyyəsi olan şirkətlərin müəyyən edilməsi
  • Büdcənin tərtib olunmasının əsasları
  • Daha təkmil iş metodları
  • İnsanlar və rəqəmlər
Təlimdə iştirak haqqı:
360 AZN (ƏDV xaric)
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: