GRBS

Xərclərin Dinamikası və Təhlili



Xərclərin təsnif edilməsi yollarından biri də onları davranışları üzrə ayırd etməkdir. Xərclərin davranışına bələd olan menecerlər müxtəlif əməliyyat durumlarında hansı xərclər özlərini necə aracağını qabaqcadan xəbər vermə qabiliyyətinə daha cox malikdirlər. Çəkiləcək xərclərin təbiətini tam anlamadan və onların müxtəlif vəziyyətlərdə necə dəyişəcəklərini lazımi bilmədən qərarları vermək cəhdləri fəlakətə gətirə bilər.Məsrəf-həcm-mənfəət (CVP) analizi menecerlərin sərəncamında olan ən qüvvətli alətlərdən biridir. CVP analizi menecerlərə məsrəf, həcm və mənfəətin arasında olan münasibəti anlamağa yardım edir; o, bir çox biznes qərarlarının verilməsində istifadə edilən ən zəruri vasitədir. Bu qərarlara, məsələn, bu kimi məsələlər daxildir: hansı məhsulları istehsal etmək və ya satmaq gərəkdir, hansı qiymət siyasətini təqib etmək lazımdır, hansı marketinq strategiyası tətbiq edilməlidir, və hansı növ istehsal avadanlığını əldə etmək lazımdır. Menecerlər “bir ədəd məhsula düşən gəlir payı, zərərsizlik nöqtəsi, gəlirlik əmsalı, qarışıq satış, və digər anlayışlar” çərçivəsində düşünmək bacarığına yiyələnməyə öyrədilməlidirlər.
Təlimdən əldə edəcəksiniz:
  • Daimi və dəyişkən xərclərin özlərini necə apardıqlarını və ümumi məsrəfləri proqnozlaşdırmaq üçün onlardan necə istifadə etməyi anlamaq.
  • Məsrəflərin davranışını diaqnoz etmək üçün Skatergrafdan istifadə etmək.
  • Yüksək-kiçik metoddan istifadə edərək qarışıq xərcləri analiz etmək.
  • Kontribusiya formatından istifadə edərək mənfəət və zərərlər hesabatını hazırlamaq.
  • Ən kiçik kvadratlar reqressiyası metodundan istifadə edərək qarışıq xərcləri təhlil etmək.
  • Fəallıqda dəyişikliklərin kontribusiya marjasına və xalis əməliyyat gəlirinə necə təsir etdiyini izah etmək.
  • Məsrəf-həcm-mənfəət (CVP) diaqrammasını qurmaq və onu izah etmək.
  • Satış həcmində dəyişikliklərin baş verdiyindən kontribusiya marjasında və xalis əməliyyat gəlirində baş vermiş dəyişiklikləri hesablamaq üçün kontribusiya marjası əmsalından (CM ratio) istifadə etmək.
  • Dəyişkən, daimi xərclərdə, satış qiymətində və həcmdə baş verən dəyişikliklərin kontribusiya marjasına təsirini göstərmək.
  • Zərərsizlik nöqtəsini hesablamaq.
  • Arzu edilən məqsəd mənfəətə nail omaq üçün lazım olan satış səviyyəsini müəyyən etmək.
  • Təhlükəsizlik əmsalını hesablamaq və onun əhəmiyyətliliyini izah etmək.
  • Müəyyən satış səviyyəsində əməliyyat gəlirlərinə təsir etmə dərəcəsini hesablamaq və xalis əməliyyat gəlirində baş verəcək dəyişiklikləri proqnozlaşdırmaq üçün adı çəkilən təsir etmə dərəcəsindən necə istifadə etmək lazım olduğunu izah etmək.
  • Çox saylı məhsul istehsal edən şirkətin zərərsizlik nöqtəsini hesablamaq və qarışıq satışda  dəyişik baş verməsinin kontribusiya marjasına və zərərsizlik nöqtəsinə təsirini izah etmək.
Təlimin proqramı:
  • Daimi və dəyişkən xərclər və ümumi məsrəfləri proqnozlaşdırmada onların rolu
  • Məsrəflərin diaqnozunda Skatergrafın rolu
  • Qarışıq xərclərin yüksək-kiçik metodla analizi
  • Mənfəət və zərərlər haqqında hesabatın hazırlanmasında Kontribusiya formatının rolu
  • Qarışıq xərclərin təhlilində ən kiçik kvadratlar reqressiyası metodundan istifadə edilməsi
  • Fəallıqda dəyişikliklərin kontribusiya marjasına və xalis əməliyyat gəlirinə təsiri
  • Məsrəf-həcm-mənfəət (CVP) diaqramması
  • Kontribusiya marjasında və xalis əməliyyat gəlirində baş vermiş dəyişiklikləri hesablamaqda kontribusiya marjası əmsalının (CM ratio) istifadəsi
  • Dəyişkən, daimi xərclərdə, satış qiymətində və həcmdə baş verən dəyişikliklərin kontribusiya marjasına təsiri
  • Zərərsizlik nöqtəsi
  • Satış səviyyəsinin müəyyənləşdirilməsi
  • Təhlükəsizlik əmsalını hesablanması və onun əhəmiyyətliliyi
  • Müəyyən satış səviyyəsində əməliyyat gəlirlərinə təsir etmə dərəcəsinin hesablanması, xalis əməliyyat gəlirində baş verəcək dəyişikliklərin proqnozlaşdırılması  və adı çəkilən təsir etmə dərəcəsindən istifadənin qaydası
  • Çox saylı məhsul istehsal edən şirkətin zərərsizlik nöqtəsinin hesablaması və qarışıq satışda  dəyişik baş verməsinin kontribusiya marjasına və zərərsizlik nöqtəsinə təsiri
Təlimdə iştirak haqqı:
310 AZN (ƏDV xaric)
limin müddəti:
12 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: