GRBS

Mənfəətin Planlaşdırılması



Hər bir biznes növündə nağd pul dövriyyəsi üzərində ciddi nəzarət qurmaq labüddur. Yüksək daimi xərclər, gəlirlərdə cüzi dəyişikliklər və yaxud müştəri tərəfindən hesabın ödənilməsində gecikmələr səbəbindən şirkətin nağd vəsaitləri ilə bağlı ciddi problemləri yarana bilir. Bəzən iş günü bitdikdə növbəti gündə ödənilməsi gərəkən kredit üçün kifayət qədər nağd pulun olub-olmaması haqqda heç kimin heç bir vaxt xəbəri olmur. Şöbələr koordinasiya edilmir və bir şöbənin digər şöbə ilə bir-birinə zidd olan istiqamətlərdə iş görməsi heç də qeyri-adi hal deyildir. Işçilərin mənəvi durumu aşağıdır və işçi qüvvəsinin axıcılığı yüksəkdir. İşçilər işin yaxşı olduğu halda heç vaxt heç kəsin bu haqqda məlumatı olmadığından  şikayət edirlər.
Təlimdən əldə edəcəksiniz:
  • Təşkilatların hansı səbəbdən büdcə tərtib etdiklərini və onu yaratmaq üçün keçdikləri prosesi  anlayacaqlar.
  • Satış üzrə büdcəni tərtib edə biləcəklər, o cümlədən gözlənilən nağd pulun qəbulu üzrə cədvəli qura biləcəklər.
  • İstehsalat üzrə büdcə tərtib edə biləcəklər.
  • Əsas xammal üzrə xərclər büdcəsi, o cümlədən onların alışı üçün ediləcək ödənişlər cədvəlini tərtib edə biləcəklər.
  • Əmək haqqına çəkilən xərclər üzrə büdcə tərtib edə biləcəklər.
  • İstehsalat üzrə qaimə xərclərin büdcəsini tərtib edə biləcəklər.
  • Satış və inzibati xərclər üzrə büdcə tərtib edə biləcəklər.
  • Nağd pul üzrə büdcə tərtib edə biləcəklər.
  • Proqnozlaşdırılmış Mənfəət və Zərərlər hesabatı tərtib edə biləcəklər.
  • Proqnozlaşdırılmış Balans hesabatını tərtib edə biləcəklər.
Təlimin proqramı:
  • Büdcənin tərtibi və bu zaman aparılan əməliyyatlar
  • Satış üzrə büdcə və gözlənilən nağd pulun cədvəli 
  • İstehsalat üzrə büdcə
  • Əsas xammal üzrə xərclər büdcəsi, o cümlədən onların alışı üçün ediləcək ödənişlər cədvəli
  • Əmək haqqına çəkilən xərclər üzrə büdcə
  • İstehsalat üzrə qaimə xərclərin büdcəsi
  • Satış və inzibati xərclər üzrə büdcə
  • Nağd pul üzrə büdcə         
  • Proqnozlaşdırılmış mənfəət və zərərlər hesabatı
  • Proqnozlaşdırılmış balans hesabatı
Təlimdə iştirak haqqı:
290 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: