GRBS

Protokol Tutanlar üçün Təlim



Cəmiyyətdə və işdə hansı yeri tutmağınızdan asılı olmayaraq, iclaslarda iştirak etməyiniz zəruridir. Keçirildiyi yerdən asılı olmayaraq bütün iclaslar çox əhəmiyyətlidir. İclasların səmərəli olması üçün üç komponent  vacibdir: reqlamentə əməl edilməsi, möhkəm rəhbər və dəqiq protokol. Əgər iclasın protokolu dəqiq deyilsə, onda elə hesab edin ki, iclas heç  baş tutmayıb. İclasın iştirakçıları iclasda baş verənləri xatırlamırsa, onda komanda qarşısında qoyduğu məqsədə necə nail ola bilər? Bu təlimin sonunda siz özünüzün bir protokol tutan kimi rolunuzu dərk edəcək və bütün əsas məlumatları əhatə edən protokolun yazılması metodlarını mənimsəyəcəksiniz.
Təlimdən əldə edəcəksiniz:
  • Protokol yazmağın mahiyyətini dərk edəcəksiniz
  • Dinləmə,  tənqidi təfəkkür və təşkilatçılıq bacarıqları da daxil olmaqla, protokol tutma bacarığınızı mükəmməlləşdirəcəksiniz
  • Sizi təngə gətirən əksər problemləri aradan qaldıracaqsınız
  • Rəsmi, yarı-rəsmi iclasların protokolunu və ya işlə bağlı protokolları tutmaq qaydalarını öyrənəcəksiniz
  • İclas jurnalını hazırlamağın və aparmağın üsullarını mənimsəyəcəksiniz
Təlimin proqramı:
  • Protokol tutanın rolu
  • Protokol tutanın bacarıqları (dinləmə, əsas fikirlər və təşkilatçılıq daxil olmaqla)
  • İclas zamanı əldə edilən razılaşmalar
  • Protokolun növləri (rəsmi, qeyri- rəsmi və iş protokolları daxil olmaqla)
  • Nəyi qeyd etmək lazımdır
  • Protokol tutmağın yolları
  • Protokolun redaktə edilməsi
  • İclas jurnalı
  • İnteraktiv iclasların protokollaşdırılması
Təlimdə iştirak haqqı:
200 AZN 
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: