GRBS

Tullantıların İdarə Edilməsi



Müəssisə, idarə və təşkilatlar öz iş fəaliyyətləri zamanı xarici mühiti fiziki, kimyəvi, bakterioloji və maye halında olan müxtəlif növ toksiki, radioaktiv və s. tullantılar ilə çirkləndirirlər. Bu tullantıların nəzarət olunmadan ətraf mühitə atılaraq onu çirkləndirməsi son nəticədə qlobal istiləşməyə, millətin genafonuna və ekoloji cəhətdən yararsız şəraitdə insanların yaşamasına öz mənfi töhvəsini verir. Azərbaycan Respublikası Kiota protokolunu tanıyan bir ölkə olduğundan tullantıların idarə olunması müəssisə, idarə və təşkilatlar tərəfindən mövcud qanunlar çərçivəsində yerinə yetirilməsi onlar üçün ön plandadır. Bu təlimlə siz tullantıların yaranma səbəblərini və onların ətraf mühitə idarə olunmadan atılmasını, qlobal istiləşmənin baş vermə səbəblərini, nəzarətsiz atılan tullantıların genetik fona təsirini, tullantıların necə düzgün idarə olunmasını, Statistik hesabatın hazırlanmasını və mənşəyi məlum olmayan tullantıların müəssisə, idarə və təşkilatlardan kənar edilməsinin necə təşkil olunmasını biləcəksiniz.
Təlimdən əldə edəcəksiniz:
  • Tullantılardan yaranan qlobal ekoloji problemləri
  • Tullantılardan yaranan problemlərin həlli yolunma yollarını
  • Tullantıların idarə olunmasını tənzimləyən hüquqi aktlar ilə tanışlıq
  • Sənaye və tibb müəssisələrdə yaranan tullantıların idarə olunmasını
  • Tullantıların Statistik hesabat formasının tərtib edilməsini
Təlimin proqramı:
  • Sənaye, təşkilat və idarələr üçün ayrılan sanitar müdafiə zonası haqqında məlumat
  • Tullantılardan yaranan qlobal ekoloji problemlər
  • Tullantılardan yaranan problemlərin həlli yolları
  • Tullantılar haqqında nəzəri biliklər
  • Tullantıların idarə olunmasını tənzimləyən hüquqi aktlar
  • Sənaye və tibb müəssisələrdə yaranan tullantıların idarə olunması
  • Tullantıların Statistik hesabat formasının tərtib edilməsi
  • Atmosfer havasını çirkləndirən tullantılar və problemin həlli yolları
  • Sənaye müəssisələrində yaranan və atmosferə atılan tullantıların idarə olunması
  • Avtonəqliyyatdan yaranan və atmosferə atılan tullantıların idarə olunması
  • Su mühitini çirkləndirən və atmosfer havasına atılan tullantıların idarə olunması
  • Su hövzələrini çirkləndirən mənbələr haqqında məlumat
  • Torpağı çirkləndirən tullantılar və problemin həlli yolları
  • Toksiki tullantılar və onların idarə olunması
  • Radioaktiv tullantılar və onların idarə olunması
  • Məişət tullantıları və onların idarə olunması
  • Məişət tullantıları zavodları, Toksiki tullantılar poliqonları və radioaktiv poliqonlar haqqında məlumat
Təlimdə iştirak haqqı:
360 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: