GRBS

Mətbəx, Restoran və Kambuz İşçiləri üçün Sanitar-gigiyenik Normalar



Qida məhsullarından gigiyenik tələblər gözlənilmədən hazırlanan xörəklərdən kütləvi qida zəhərlənmələrinin baş verməsi və belə zəhərlənmələrin çox vaxt ölümlə nəticələndiyi hamıya məlumdur. Mətbəx, yeməkxana, kambuz, restoran və s. bu kimi iaşə müəssisələrində çalışan şəxslər, ərzaq məhsullarının alınması, saxlanması, daşınması, emalı, hazır xörəklərin saxlanma müddətləri, şəxsi gigiyena qaydalarına riayət edilməsi qaydaları, qida zəhərlənmələrini törədən səbəblərin açıqlanmasını və onun profilaktikasına aid bilikləri GRBS® tərəfindən təşkil olunan təlimdə əldə edə bilər. Bizim təşkil etdiyimiz bu təlimdə Siz bu bilikləri mənimsəməklə qida məhsullarından xidmət göstərdiyiniz şəxslərə gigiyenik cəhətdən sağlam və keyfiyyətli yeməklər hazırlaya və qida zəhərlənmələrinin baş verməsinin qarşısını ala bilərsiniz.
Təlimdən əldə edəcəksiniz:
  • Qida gigiyenası və qidalanmanın fizioloji - gigiyenik əsasları ilə tanışlıq. Qida rasionunun tərkibi və qida rasionunun kaloriliyinin hesablanması qaydaları ilə tanışlıq. Qida məhsullarının daşınması, saxlanması və emalına qoyulan gigiyenik tələblər.
  • Qida məhsullarının emalı vaxtı C vitamininin qorunub saxlanma müddətləri ilə tanışlıq. Qida məhsullarının gigiyenik xarakteristikası. Qida zəhərlənmələri nədir, onu doğuran səbəblər və onların profilaktikası ilə tanışlıq.
  • Bütün növ iaşə müəssisələrinin (mətbəx, yeməkxana, kambuz və s.) gigiyenasına qoyulan tələblər. İaşə müəssisələrinin (mətbəx, yeməkxana, kambuz və s.) avadanlıqla təmin edilməsi, onların istismarı və onlara qoyulan sanitar tələblər.
  • Dezinfeksiyaedici maddələrin hazırlanması, saxlanması və ondan istifadə qaydaları. Mətbəx avadanlığının və qab-qaşıqların yuyulma qaydaları. İaşə məssisələrində işləyənlərin sağlamlığının qorunması və şəxsi gigiyena qaydaları ilə tanışlıq.
Təlimin proqramı:
  • Qidalanmanın fizioloji – gigiyenik əsasları ilə tanışlıq
  • Zülallar, yağlar, karbohidratlar
  • Düzgün qidalanmanın elmi əsasları (vitaminlər)
  • Mineral maddələr
  • Əqli və fiziki əməklə məşğul olan şəxslərin qidalanma xüsusiyyətləri
  • Bəzi qida məhsullarının gigiyenik xarakteristikası
  • Qida zəhərlənmələri və onların profilaktikası
  • Qida zəhərlənmələri
  • Mikrob və qeyri-mikrob zəhərlənmələri
  • Əməyin mühafizəsi və gigiyena qaydaları
  • İaşə müəssisələrinin avadanlıqla təmin edilməsi və onlara qoyulan gigiyenik tələblər
  • Ərzaq məhsullarının kaloriliyi
  • Ərzağın emalı vaxtı C vitaminini ərzaq məhsullarında qalma miqdarı
  • Mətbəx avadanlığının və qab-qaşıqların yuyulma qaydaları
  • Dezinfeksiyaedici maddələrin hazırlanması, saxlanması və ondan istifadə qaydaları
Təlimdə iştirak haqqı:
220 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: