GRBS

İnzibati İşlər Üzrə Assistent



Həyatımızda yeganə vacib şey işimiz deyil, amma çoxumuz gördüyümüz işlə qürrələnmək istəyirik. İşlədiyimiz və ya hesabat vermək məcburiyyətində olduğumuz insanlar xoşumuza gəlməyə bilər, lakin buna baxmayaraq, biz onlarla müsbət qarşılıqlı əlaqələr qurmalıyıq. Ümumiyyətlə başqaları ilə olan münasibətlərimiz işimizə çox böyük təsir göstərir. Bu təlim assistent vəzifəsində işləyənlər üçün nəzərdə tutulub və onların gündəlik ofis işini təkmilləşdirmək məqsədi daşıyı. Bu təlimdə iştirak etməklə siz ünsiyyət bacarığınızı inkişaf etdirəcək, müsbət ilk təəssürat yaratmağın üsullarını mənimsəyəcək və özünü idarə etmə bacarığınızı təkmilləşdirəcəksiniz.
Təlimdən əldə edəcəksiniz:
  • İşdə peşəkar olmağın vacibliyini dərk edəcəksiniz
  • İşdə daha effektiv və nəticə etibarı ilə daha səmərəli olmaq məqsədi ilə özünü idarə etmə üsullarından faydalanmağı öyrənəcəksiniz
  • Dinləmə və söz kəsmə bacarıqları da daxil olmaqla ünsiyyət bacarıqlarınızı təkmilləşdirəcək və daha pozitiv olmağı öyrənəcəksiniz
  • Münaqişələri idarə etmə və ağır xasiyyətli adamlarla münasibət qurmaq bacarığınızın effektivliyini artıracaqsınız
Təlimin proqramı:
  • Şəxsi və peşəkar rekord
  • Həmsöhbətinizin özünü rahat hiss etməsini təşkil etmək
  • Təhrif olunmuş düşüncələr
  • Yaxşı əhval ruhiyyə yaratmağın yolları 
  • Poztivlik
  • Ünsiyyət bacarıqları
  • Söz kəsmə və dinləmə
  • Qeyri-verbal ismarıc
  • Yazma qabiliyyəti
  • Müvəffəqiyyət
  • Özünü idarə etmə qabiliyyəti
  • Məqsədlərin müəyyənləşdirilməsi
  • Bir komanda kimi işləmək
  • Çətin insanlarla ünsiyyət
  • “Yox” deməyi öyrənmək
  • Stressdən çıxmağın yolları
Təlimdə iştirak haqqı:
320 AZN 
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: