GRBS

Yanğından Mühafizə



Təbii ki, hər bir fiziki və hüquqi şəxs öz  biznesinin inkişafında maraqlıdır. Lakin yaşadığımız həyatda bir sıra gözlənilməz hadisələr baş verir ki, bu da qaçınılmaz bir faktdır. Bunlardan biri də yanğın təhlükəsidir ki, bu bir sıra səbəblər üzündən yaranır. Yanğını yaradan səbəbləri bilirikmi? Yanğını və onun fəsadlarını təsəvvür edin... Kiçicik bir səhv nəticəsində ya işdən evə qayıtmaya bilərik və ya qayıtdıqda evi tərk etdiyimiz formada görməyə bilərik... Biz yanğını təhlükəsiz – özümüzə və ətrafda olan digər insanların həyatına zərər vermədən dəf etməyi bilirikmi? Bu barədə kifayət qədər məlumatımız varmı? Məhz yanğın təhlükəsizliyi kursunda siz bu biliklərə yiyələnəcək, praktik məşğələləri bitirib, bu təcrübəyə sahib olacaqsınız. Bununla siz nəinki iş yerlərində, hətta evdə, özünüzün və ətrafınızda olan digər insanların həyat və əmlakına dəyəbiləcək xətər və ziyanın qarşısını almış olacaqsınız.
Təlimdən əldə edəcəksiniz:
  • Yanğın nəzəriyyəsinin əsas prinsipləri
  • Yanğının növlərini təyin etmək
  • Yanğının yayılmasının qarşısını almaq
  • Yanğın təyinedicilər və xəbərdarlıq 
  • Fövqəladə hallar planı
  • Ehtimal olunan risklərin qarşısını alma tədbirləri
  • Yanğın potensiallı işlərdən öncə  - Risk Analizinin icra edilməsi
  • İş yerlərində yanğın ehtimalları
  • Odsöndürücülər
  • Praktiki iş
Təlimin proqramı:
  • Yanğından mühafizə üzrə standartların təchiz edilməsi
  • Yanğın mühafizəsi menecmenti
  • İş yerlərində yanğın ehtimalları
  • Yanğın Üçbucağı
  • Yanğının əmələ gəlmə prosesi
  • Yanan maddələrin sinifləndirilməsi
  • Yanğının fiziki olaraq söndürülməsi yolları
  • Alovlanma Mənbələri
  • Yanan maddə növləri
  • Yanğın Təhlükəsizliyi, Yoxlama Cədvəli                                                               
  • Yanğına qarşı mühafizə avadanlıqlarından düzgün istifadə qaydaları 
  • Yanğının növlərini təyin etmək və onun yayılmasının qarşısını almaq
  • Yanğın təyinedicilər və xəbərdarlıq
  • Ehtimal olunan risklərin qarşısını alma tədbirləri
  • Müxtəlif odsöndürmə vasitələrindən istifadə qaydaları
  • Od söndürücülər
Təlimdə iştirak haqqı:
220 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: