GRBS

İlk Tibbi Yardım



İnsan həyatı, sonradan ona göstərilən həkim müalicəsinin nəticəsi çox vaxt düzgün və vaxtında aparılan ilk yardımdan asılı olur. Biz müəssisələrimizdə işlədiyimiz vaxt, xüsusən gecə növbələrində və işdən kənar həyatın müxtəlif vaxtlarında elə bir vəziyyətlə qarşılaşa bilərik ki, zərərçəkənin sonrakı həyatı bizim o anda özümüzü necə aparmağımızdan asılı olsun. Bu anda “Təcili yardım” hadisə yerinə çatana qədər zərərçəkənin vəziyyətini düzgün qiymətləndirib, ona ilk yardım göstərmək lazımdır. Əlbəttə, Siz həkimi əvəz edə bilməzsiniz, lakin təlimdə öyrəndiyiniz üsullardan istifadə edərək ixtisaslı həkim gələnə qədər xəstəyə daha çox ziyan vura biləcək fəsadların aradan qaldırılmasına yardımçı ola bilərsiniz.
Təlimdən əldə edəcəksiniz:
  • Siz öz liderlik səmtinizi və öz gələcəyinizi qurmaq məqsədi ilə əldə edilmiş bilikləri tədbiq etmə yollarını müəyyən edə biləcəksiniz
  • İlk yardım göstərməyin ümumi prinsipləri.
  • Zərərçəkənin ilkin müayinəsi.
  • Süni tənəffüsün yerinə yetirilməsinin nəzəri bilikləri. Süni tənəffüs vasitələri.
  • Süni tənəffüsün yerinə yetirilməsi üçün təcrübi biliklərin mənimsənilməsi.
  • Ürək qan-damar sistemi ilə tanışlıq. Ürək masajının növləri.
  • Ürək masajının yerinə yetirilməsi üçün nəzəri biliklərin mənimsənilməsi.
  • Ürək masajının yerinə yetirilməsi üçün təcrübi biliklərin mənimsənilməsi.
  • Qanaxmalar, xarici və daxili qanaxmalar, onların növləri, onların təyin olunma üsulları, qanaxmaların aradan qaldırılmasının nəzəri bilikləri.
  • Qanaxmanı saxlamaq üçün nəzəri biliklərin təcrübi məşğələlər vasitəsilə yerinə yetirilməsi.
  • Elektrik cərəyanı travmaları zamanı ilk yardımın göstərilməsi.
  • Yanıqlar zamanı ilk yardımın göstərilməsi.
  • İstilik və gün vurma zamanı ilk yardımın göstərilməsi.
  • Epileptik və isterik bayılmalar zamanı ilk yardımın göstərilməsi.
  • İnsult (Beynə qan sızma) zamanı ilk yardımın göstərilməsi.
  • Boğulma zamanı ilk yardımın göstərilməsi.
  • Soyuqlama zamanı ilk yardımın göstərilməsi.
  • Şok zamanı ilk yardımın göstərilməsi.
  • Zəhərli ilanların çalması və zəhərli həşəratların sancması zamanı ilk yardımın göstərilməsi.
  • Quduz heyvanların dişləməsi zamanı ilk yardımın göstərilməsi.
  • Siz yiyələndiyiniz bacarıqları iş yerinizdə aktiv tədbiq etmək üçün strateqiyalar hazırlaya biləcəksiniz
Təlimin proqramı:
  • İlk tibbi yardımın məqsədləri
  • Travmanın baş vermə səbəblərinin araşdırılması və zərərçəkənin vəziyyətinin qiymətləndirilməsi
  • Zərərçəkənin sağ olub-olmadığının müəyyənləşdirilməsi. Qan dövranı və tənəffüs sistemləri ilə tanışlıq
  • Süni tənəffüs haqqında nəzəri biliklər. Süni tənəffüs verməyin üsulları.
  • Ürək-damar sistemi ilə tanışlıq. Ürək masajının növləri.
  • Tənəffüs və qan dövranı dayandıqda reanimasiya qaydaları
  • Ürək-ciyər reanimasiyası qaydalarına dair praktik məşqələlər
  • Travmalar. Onların növlərinə görə müəyyən edilməsi.
  • Qanaxma, daxili və xarici qanaxma, qanaxmanın növləri və onların müəyyən edilməsi. Qanaxmanın qarşısının alınmasına dair nəzəri biliklər.
  • Təxliyə üsulları
  • Heyvanların qapması və həşaratlarla ilanların sancması. Quduz heyvanların qapması zamanı ilk tibbi yardım göstərməyin qaydaları
  • Zəhərli ilanların və həşaratların sancması
  • Şok
  • Yanıqlar. Termik və kimyəvi yanıqlar
  • İldırım vəı elektrik cərəyanının vurması
  • İstilik və günəş vurması
  • Donma
  • Nəfəs tutulması (zərərçəkən şüurunu itirməyibsə)
  • Nəfəs tutulması (zərərçəkən özündən gedibsə)
  • Nəfəs tutulması zamanı tənəffüsün pozulması
  • İnsult
  • İsteriya və epilepsiya tutması
Təlimdə iştirak haqqı:
190 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: