GRBS

SƏTTƏM Haqqında Məlumat



Bir çox iş yerlərində qəzalar, xətalar, hətta ölüm ilə nəticələnən xoşagəlməz hadisələrin olduğunu bilirik. Bunların qarşısını almaq mümkündürmü? Gündəlik həyatda nə kimi təhlükələr ilə qarşılaşırıq? Bu təhlükələrin həyat və sağlamlıq, biznesin inkişafı üçün necə problemlər yaratdığını düşünürsünüzmü? Bu təhlükələri və riskləri necə dəf edə bilərik? İş yerlərində həyat və sağlamlıq üçün nə kimi təhlükələr və risklər ilə qarşılaşırsınız? Bu barədə kifayət qədər məlumatınız varmı? Bu kursda siz ofis avadanlığından, anbarlarda yüklərin düzgün qaldırılmasında və yerləşdirilməsində SƏTTƏM qaydalarına necə əməl edilməsini öyrənəcək, ofis erqonomikasını biləcək və fövqəladə hallar zamanı nələrə əməl etməli olduğunuzu biləcəksiniz.
Təlimdən əldə edəcəksiniz:
  • Təhlükəsizliyə dair məsuliyyəti dərk etmək
  • Ətrafda ehtimal olunan risklər
  • Təhlükəsizlik və sağlamlığa dair şirkətin təşkilati mexanizmlərini təsvir etmək
  • Ilk tibbi yardım sxemi və işçilərin ilk tibbi yardım bacarığı
  • Yanğından mühafizə sistemi
  • Qanunvericiliyə uyğun olaraq daxili audit sistemi
  • SƏTTƏM siyasəti və qaydaları
  • İşdə sağlamlıq, əməyin mühafizəsi tədbirləri
  • Azərbaycan qanunvericiliyində SƏTTƏM
Təlimin proqramı:
  • SƏTTƏM siyasəti və qaydaları
  • SƏTTƏM Məsuliyyəti
  • “Duty of Care” anlayışı
  • Təhlükəsizlik və sağlamlığa dair şirkətin təşkilati mexanizmlərini təsvir etmək
  • Avtomobilin Təhlükəsiz İdarə Edilməsi
  • Hündürlükdə İş Təhlükələri
  • Təhlükə və zərərin təyini və analizi
  • Audit və Attestasiya
Təlimdə iştirak haqqı:
220 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: