GRBS

Öhdəliklərin yerinə yetirilməsi



Bu qədər müxtəlif təşkilati sistemlərin və vaxtın idarə edilməsi metodlarının mövcud olması nə ilə bağlıdır? Cavab sadədir: bu, artıq çəkidən azad olma və ya pulun idarə edilməsi kimi, bütün fərdi problemlərdə belədir, burada heç bir asan və hər kəsə uyğun olan həll yolu yoxdur. Sizin üçün ən müvafiq olan həlli özünüz tapmalısınız. Bu təlim kursu ərzində sizin öz şəxsi və professional həyatınız üçün xüsusiləşdirilmiş məhsuldarlıq planı qura bilməyiniz üçün müxtəlif təşkilati və vaxtın idarə edilməsi alətləri və metodları araşdırılacaq. Kursun sonunda siz, özünüz üçün müvafiq olan planı tərtib edə biləcək və həyatınıza nəzarəti yenidən ələ alacaqsınız!
Təlimdən əldə edəcəksiniz:
  • Fərdi səmərəliliyin nə olduğunu, fərdi məhsuldarlığı artıran bacarıqları və tutmalı olduğunuz mövqeyi təyin edəcəksiniz
  • Eyni anda bir neçə iş görməyin niyə mümkün olmadığını öyrənəcəksiniz
  • Uzunmüddətli məqsədlərin qısamüddətli səmərəlilikdə rolunu anlayacaqsınız
  • Fərdi vizyonun necə qurulduğunu və ondan xəyallar və hədəflərin necə yarandığını görəcəksiniz
  • 80/20 qaydasını və bunun planlaşdırmaya necə təsir etməli olduğunu müzakirə edəcəksiniz
  • Yaxşı təşkilati sistemin hansı xüsusiyyətləri daşımalı olduğunu öyrənəcəksiniz
  • Xüsusiləşdirilmiş informasiya mərkəzi və qeydiyyat sistemi də daxil olmaqla, səmərəli iş yeri üçün plan hazırlamaq bacarığına yiyələnəcəksiniz
  • Masanızdan gəlib keçən istənilən növ informasiyanı emal etməyə icazə verən sistemlə tanış olacaqsınız 
  • İşləri  prioritetlərə əsasən sıralamaq üçün Eyzenhauer prinsipindən istifadə etməyi öyrənəcəksiniz
  • “Yox” deməyin yollarını müzakirə edəcəksiniz
  • Rutinlərin həyatı necə asanlaşdırdığını anlayacaqsınız
  • İşlərinizin niyə ləngidiyini müəyyən edəcək və işi vaxtında çatdırmağın metodlarını öyrənəcəksiniz
  • Ev təsərrüfatınızı daha məhsuldar və səmərəli etmək üçün lazım olan alətlərlə tanış olacaqsınız
Təlimin proqramı:
  • Fərdi səmərəlilik anlayışı
  • Doğru mövqeyin formalaşdırılması
  • Təməlin qoyulması
  • Yaxşı təşkilati sistemin təməl daşları
  • Düzgün mühitin yaradılması
  • Virtual mühitinizin qurulması
  • İnformasiyanın idarə edilməsi mərkəzinin yaradılması
  • İnformasiyanın altı asan addımda idarə edilməsi
  • Görməli olduğunuz işlərin prioritetləşdirilməsi
  • “Yox” demək
  • Rutinlərin yaradılması
  • İşləri yubatmağa son!
  • Dərslərimizin evdə tətbiqi
Təlimdə iştirak haqqı:
240 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

2013- GRBS®

Join us on: