GRBS

Tənqidi təfəkkür



Bugünkü cəmiyyətdə bir çox insanlar informasiya çoxluğundan əziyyət çəkirlər.  Müxtəlif ideyalara inanmaq, hansısa məhsulları almaq və ya həyat tərzimizi müəyyən şəklə salmaq üçün mesajlar sanki üstümüzə yağır. Nəyə inanacağımıza necə qərar verməliyik? Həqiqəti və uydurmanı bir birindən necə ayırmalıyıq?

Cavab, tənqidi təfəkkür bacarığıdır. Məsələləri aydın şəkildə əsaslandırmaq və məntiqi və əmin edici arqumentlər gətirmək bacarığı bugünkü həyatda çox önəmlidir. Bu iki günlük təlimsizə tənqidi təfəkkür və problem həlli üçün lazım olan praktiki alətlər və daim istifadə olunan təcrübəni təqdim edəcək.
Təlimdən əldə edəcəksiniz:
  • Tənqidi və qeyri-tənqidi təfəkkürün nə olduğunu öyrənəcəksiniz
  • Öz tənqidi təfəkkür tərzinizi, onun güclü cəhətlərini və təkmilləşmə sahələrini müəyyən edəcəksiniz
  • Sol/sağ beyin təfəkkürü və tam beyin təfəkkürü kimi, digər təfəkkür tərzlərini təhlil edəcəksiniz
  • Tənqidi təfəkkür prosesi vasitəsilə arqumentləri qurmağı və təhlil etməyi öyrənəcəksiniz
  • İzahatlar tərtib etmək və qiymətləndirmək bacarığı qazanacaqsınız
  • Dinləmə və düzgün sual vermə bacarığı daxil olmaqla, əsas tənqidi təfəkkür bacarıqlarınızı təkmilləşdirəcəksiniz
  • Analitik düşüncə sistemindən və yaradıcı təfəkkür metodlarından istifadə etməyi öyrənəcəksiniz
  • Güclü arqumentlər hazırlamaq və təqdim etmək bacarığına yiyələnəcəksiniz
Təlimin proqramı:
  • Tənqidi təfəkkür nədir?
  • Təfəkkürün digər növləri hansı hallarda müvafiqdir?
  • Əsaslandırılmış qərar verməyə mane olan tələlər
  • Tənqidi təfəkkür prosesi
  • Tənqidi düşüncə sahibinin bacarıqları
  • Şərh vermək
  • Fərziyyələr
  • Sağlam düşüncə
  • Tənqidi və yaradıcı düşüncə sistemləri
  • Praktiki tətbiq
Təlimdə iştirak haqqı:
280 AZN (ƏDV xaric)
limin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: