GRBS

Emosional idrak



Emosional zəka (EQ), emosiyaları və münasibətləri anlamaq və idarə etmək bacarığıdır. Bu, şəxsi və professional uğurun həlledici amilidir. İQ-nuz işin başlanğıcında sizə kömək edə bilər, amma sizin nə qədər uğurlu olacağınızı müəyyən edən məhz sizin EQ-nuz, yəni başqaları ilə münasibət qurmaq və özünüzün və başqalarının emosiyalarını idarə etmək bacarığınızdır.

Hər birimiz parlaq insanlarla işləmiş və ya onları dinləmişik. Onlardan bəziləri həqiqətən dahidirlər, bəziləri isə o qədər də yox. Buna baxmayaraq onlar bizə düşündüklərindən də çox şey öyrədə bilərlər. İlhamlandıran və başqalarına təsir edən qeyri-adi insanlara baxsaq görərik ki, onlar bunu, insanlarla şəxsi və emosional səviyyədə əlaqə qurmaqla bacarırlar. Onları fərqləndirən, onların İQ-ları deyil, məhz EQ-ları –  emosional zəkalarıdır.
Təlimdən əldə edəcəksiniz:
  • Emosional zəkanın nə demək olduğunu anlayacaqsınız
  • Emosional sağlamlıqla fiziki sağlamlığın bir biri ilə necə əlaqədar olduğunu dərk edəcəksiniz
  • İş yerində emosional zəkanın rolunu anlamaq, istifadə etmək və dəyərləndirməyin metodlarını öyrənəcəksiniz
  • Müxtəlif emosiyaları anlayacaq və onları idarə etməyi öyrənəcəksiniz
  • Fərdi vizyon bəyanatınızı yaradacaqsınız
  • Optimizm və pessimizm arasındakı fərqi anlayacaqsınız
  • Başqalarının emosiyalarını anlaya və idarə edə biləcəksiniz
Təlimin proqramı:
  • Emosional zəkanın tarixi
  • Emosional zəka anlayışı
  • Emosional zəkanın modeli
  • Optimizm
  • Başqalarının emosiyalarını anlamaq
  • Emosiyalar
  • Fərdi vizyonun qurulması
Təlimdə iştirak haqqı:
220 AZN
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: