GRBS

Telefonda Ünsiyyət Bacarıqları



Telefon vasitəsi ilə effektiv ünsiyyət qurmağı öyrənmək, iş yerində hər bir işçinin əsas prioritetidir. Telefonda istifadə olunan gündəlik ifadələr, nə gözləyəcəklərini bilməkdə yardımçı olur. Telefonla danışma müəyyən xüsusi keyfiyyətlər tələb edir. İlk və ən əsas çətinlik ünsiyyət etdiyin insanı görə bilməməkdir. Vizual ünsiyyətin olmaması başqa vəziyyətlərdə kifayət qədər uğurla ünsiyyət qurmağı bacaran insanları gərginləşdirir və bununla da onların kommunikativ bacarıqlarının aşağı enməsinə gətirib çıxarır. İnsanlara adətən lazım olan təcrübə, təcrübə və yenə də təcrübədir. Yardımçı olmaqla yanaşı, təlim kursunda rollarla oynama hər zaman telefonda ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinin ən yaxşı vasitəsidir. Faydalı olmaqla yanaşı, təlimdə keçirilən rol-oyunları telefonda rəftar səriştələrini təkmilləşdirmək üçün ən yaxşı üsuldur.
Təlimdən əldə edəcəksiniz:
  • Telefon ünsiyyətində professionallığa nail olmaq.
  • Telefonda müxtəlif kommunikativ situasiyalarda əmin davranış.
  • Vizual kontakt olmadan telefonda danışma təcrübəsi.
  • Telefonda tipik ifadələrdən istifadə etmə bacarığı.
  • Danışıq zamanı görmədiyiniz və tanımadığınız şəxslə nəcib olmağı öyrənmək.
  • Beynəlxalq Telekommunikasiya Birliyi tərəfindən məsləhət görülmüş Beynəlxalq Telefon Əlifbasını öyrənmək.
Təlimin proqramı:
  • Telefon danışıqları zamanı istifadə olunan ifadələrlə tanış olmaq
  • Telefonda danışığı zamanı dialoqlar və düzgün sözlərdən istifadə
  • Telefonla danışan zaman qeydlərin aparılması
  • Məlumatı düzgün qəbul etmək və ötürmək bacarığına yiyələnmək
  • İşdə ofis daxili telefondan istifadə etmək
  • Qarşı tərəfdəkinin asta danışmasına necə nail olmaq
  • Müxtəlif rol oyunları fikirləşmək və məşq etdirmək. Müxtəlif situasiyalar yaratmaq: hirsli, hövsələsiz, tələsik telefon danışıqları
  • Rol oyunları: telefonda dostlarla dialoqları məşq etdirmək   
Təlimdə iştirak haqqı:
160 AZN
limin müddəti:
12 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: