GRBS

Ünsiyyət Strategiyaları



Bu təlim sizin işdə və ya evdə digər insanlarla qarşılıqlı əlaqə qurmaq bacarığnızı yüksəltmək üçün hazırlanmışdır. Təlim kursu sizə kritik vəziyyətdə kommunikasiya etmək, qulaq asmaq, sual vermək bacarıqlarınızı inkişaf etdirməkdə kömək edəcək və sizə qeyri-verbal  məlumatlarla tanış olmaq şansı verəcək. Təlim həmçinin təcavüzkarlıq və passivliklə necə mübarizə aparmaq yollarını, bundan əlavə çətin insanlarla rəftar etmə qaydalarını əhatə edəcək. Kursda iştirak edənlər eyni zamanda kommunikasiya zamanı istifadə olunan və özləri haqda lazımı informasiyanı əldə etməkdə kömək olan bir çox elementlərə yiyələnəcəklər, bununla bərabər düzgün peşəkar sima ifadə etmə qaydaları ilə tanış olacaqlar.
Təlimdən əldə edəcəksiniz:
  • Sizin üçün çətinlik törədən ümumi kommunikasiya problemlərini təyin edəcəksiniz
  • Sizə lazım olan məlumatı əldə etmək üçün, düzgün sual vermə bacarıqlarınızı inkişaf etdirəcəksiniz
  • Sizin verdiyiniz qeyri verbal məlumatlar digər insanları nə haqda məlumatlandırır
  • Fəal və emfatik tərzdə dinləmək bacarığınızı inkişaf etdirəcəksiniz
  • Siz qətiyyətlə dediyinizin üstündə durmağı və digər insanlara öz hisslərinizi ötürmək bacarığına yiyələnəcəksiniz
  • Sizə kənardan kömək olmadan, çətin situasiyalarla idarə etmə bacarığınızı yüksəldəcəksiniz
  • Siz beş növ qarşılıqlı əlaqə haqda məlumatlandırılacaqsınız 
Təlimin proqramı:
  • Müsbət qarşılıqlı əlaqəyə dair 10 göstərişlər
  • Özünü dərketmə
  • Səlahiyyət hissi
  • Kommunikasiya zamanı rast gəlinən maneələr
  • Düzgün sual vermə bacarığı
  • Dinləmə bacarığı
  • Djoxari nəzəriyyəsi
  • Özünü dəyərləndirmənin yüksəldilməsi
  • Qarşılıqlı əlaqəyə dair beş yanaşma
  • Sizin nöqteyi-nəzəriniz
  • Müsbət şüar
  • İnkar etmə bacarığı
Təlimdə iştirak haqqı:
240 AZN 
Təlimin müddəti:
16 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

2013- GRBS®

Join us on: