Tranzaksiyaların Təhlili metodu Erik Bern tərəfindən işlənib hazırlanaraq onun «İnsanların oynadıqları oyunlar» və «Oyun oynayan insanlar» kimi kitablarında əksini tapmışdır.

TA nəzəriyyəsinin əsas müddəaları;
- İnsanın həyat mövqeyi uşaqlıqda qəbul etdiyi «erkən qərarlara» əsaslanır.
- İnsan bu qərarları qəbul edərkən «həyat ssenarisini» tərtib edərək həyatını ona uyğun şəkildə qurur.
- Ssenari yaxınlarının fəal iştirakı ilə formalaşır (ilk növbədə valideynlərin).
- Gərçəkdə insanın qəbul etdiyi qərarlar keçmişin streotiplərinə əsaslanmışdır.

Bu metodun praktikası məsləhətləşmədə eqo-halların (Uşaq, Valideyn və Yaşa dolmuş) və həmsöhbətlərin eqo-halları arasında qarşılıqlı təsir (transaksiya) yekdil aktlarının təhlilinə əsaslanır. Bern eqo-halları insan tərəfindən qəbul olunan məqbul psixoloji mövqelər kimi müəyyən edir.

"Mən ОК - Sən ОК" - yəqin tranzaksiya təhlilinin məqsədinin ən məşhur ifadəsidir: hər bir insanın dəyərini tanıyan mövqenin təyin edilməsi və möhkəmləndirilməsi. Tranzaksiya təhlili insanın ilk olaraq "OK" olduğunu - yəni inkişaf, dəyişiklik və sağlam ünsiyyətə qabil olduğunu - tanıyır.

Müasir psixologiya həm fərdi adamlara həm korporativ strukturlara bir çox məsələlərin texnoloji həllini təklif edən dəqiq bir elmi fənndir.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Azerbaijan

T/F: (+99412) 505-10-51 • 505-10-61 • 505-10-71 • M: (+99477) 277-59-00
E: mail@grbs.com

© GRBS®