Pozitiv psixoterapiya - əsasını şəxsiyyətin dinamikasının və onun transmədəni qabiliyyətlərinin təşkil etdiyi qısamüddətli psixoterapevtik metoddur.

Metod pozitiv qərarların qəbulu üçün insan ehtiyatlarını səfərbərliyə almağa kömək edir. O ətraf mühit ilə döyüşməməyi, onu qəbul etməyi öyrədir.

Özünün, yaxın insanların və ümumiyyətlə həyatın nikbin ruhda və sevinclə qavranması bunun nəticəsi hesab olunur.

Metodun sözsüz üstün cəhətlərinə bütün sosial və yaş qrupları üçün məqbulluq, dilin sadəliyi, sistemli yanaşma üsulu və qısamüddətliliyi aiddir.

Metodun banisi - məşhur alman psixoloqu, psixoterapevt - Nossrat Pezeşkiandır. O İranda 1933-cü ildə anadan olmuşdur. O psixoterapevtik təhsilini Almaniyada, İsveçrədə və ABŞ-da almışdır. O indiki dövrdə tibb elmləri doktoru, professor, psixologiya, psixoterapiya və nevrologiya sahələri üzrə mütəxəssisdir.

Pozitiv psixoterapiya metodu cənab Pezeşkian və onun Almaniyadakı əməkdaşları tərəfindən 20-dən çox müxtəlif mədəniyyətlərdə aparılan transmədəni tədqiqatlar əsasında həyata keçirilmişdir. Metod 1968-ci ildə daha geniş vüsət almışdır.

Onun adı latınca "positum" sözündən götürülərək faktiki vaziyyət deməkdir.

Metodun effektivliyi 1997-ci ildə Almaniyada keçirilən və bu qısamüddətli metodun yüksək terapevtik təsirini nümayiş etdirən tədqiqat vasitəsilə sübuta yetirilmişdir. Bu tədqiqat Riçard-Martin mükafatına layiq görülmüşdür

Müasir psixologiya həm fərdi adamlara həm korporativ strukturlara bir çox məsələlərin texnoloji həllini təklif edən dəqiq bir elmi fənndir.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Azerbaijan

T/F: (+99412) 505-10-51 • 505-10-61 • 505-10-71 • M: (+99477) 277-59-00
E: mail@grbs.com

© GRBS®