Neyro-Llinqvistik Proqramlaşdırma (NLP) (ingiliscə Neuro-linguistic Programming) - əsas etibarilə şəxsi inkişafa yanaşma üsulu kimi tətbiq olunan texnikanın, aksioma və əqidənin kompleksi deməkdir.

NLP baniləri - linqvistika professoru Con Qrinder, riyaziyyatçı və proqramçı Riçard Bendlerdir.

NLP əsas ideyası: Fərdin şüuru, bədəni və dili onun dünyanı necə qavramasının təsvirini formalaşdırdığı halda bu qavrayış hesab oluna bilər. Davranışı isə mütəlif texnikaların köməyi ilə dəyişmək mümkündür.

NLP-nin məsləhətləşmədə tətbiqinin məqsədi - davranışın, psixoemosional durumun və ümumilikdə dünyagörüşün effektiv istiqamətli dəyişkən üsullarının mənimsənilməsi və tətbiqindən ibarətdir.

NLP insana gündəlik davranış aktlarının uğurlu şəkildə icrasından məqsədlərin uzun müddətə təyin edilməsinə qədər müxtəlif miqyaslı və fərdi əhəmiyyətli tapşırıqların daha optimal və effektiv şəkildə həlli üçün özü və digər insanlar ilə iş üsullarının və şəxsi mülahizələrin kompleksini təqdim edir

Müasir psixologiya həm fərdi adamlara həm korporativ strukturlara bir çox məsələlərin texnoloji həllini təklif edən dəqiq bir elmi fənndir.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Azerbaijan

T/F: (+99412) 505-10-51 • 505-10-61 • 505-10-71 • M: (+99477) 277-59-00
E: mail@grbs.com

© GRBS®