Davranış - obyektin və ya orqanizmin fəaliyyətidir.

Adətən davranış dedikdə xarici baxımdan təzahür edən davranış, yəni hərəkətlər, nitq, fizioloji reaksiyaları nəzərdə tuturlar.

Düşünülmüş, daxili davranış - insanın təfəkkürü, onun fikirləri ilə bağlıdır. Daxili davranışda qavrayışın vərdişlərini (insanın ətraf mühiti və bu mühitdə baş verən hadisələri necə qavramasından və ya onun nəyə diqqət yetirməsindən, nəyi isə hiss etməməsindən asılı olaraq), emosional vərdişlər (insanın baş verənləri necə qiymətləndirməyə vərdiş etməsindən asılı olaraq) və iradə vərdişlərini (insanın düşünülmüş qərarları qəbul etməyə və hərtərəfli düşünməyə necə vərdiş etməsindən asılı olaraq) nəzərdə tutmaq mümkündür.

Daxili davranış yalnız vasitəli şəkildə xarici davranış vasitəsilə təzahür edir. Deməli xarici davranışın təzahürləri ilə bağlı daxili davranışı yanlış şəkildə şərh etmək imkanı hər zaman mövcuddur.

Kadrlar xidməti qarşısında xarici təzahürlərin şərhinin çətinliklərinə əlavə olaraq heyətin davranışının proqnozlaşdırılması tapşırığı da meydana çıxır.


GRBS® HR&Psytech  heyətin davranış tendensiyalarının növbəti şkalalar üzrə qiymətləndirilməsini təklif edir:
- Aqressiya\Passivlik;
- Direktivlik (göstərişlər verməyə meyl)\Tabelik;
- Qorxu;
- Emosionallıq;
- Ünsiyyətlilik;
- Asılılıq;
- Nümayişkarənəlik;
- Dezadaptasiya dərəcəsi;
- Reallıqdan uzaqlaşma meyli.

Müasir psixologiya həm fərdi adamlara həm korporativ strukturlara bir çox məsələlərin texnoloji həllini təklif edən dəqiq bir elmi fənndir.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Azerbaijan

T/F: (+99412) 505-10-51 • 505-10-61 • 505-10-71 • M: (+99477) 277-59-00
E: mail@grbs.com

© GRBS®