İntelekt (latınca. intellejtus - sözündən götürülərək anlaşıqlıq, qavrama deməkdir)

- İstənilən fəaliyyətin uğurlu olub - olmamasını təyin edən və digər qabiliyyətlərin, o cümlədən də dillərə yiyələnmək qabiliyyətinin əsasını təşkil edən problemlərin həlli və ümumi qavrama qabiliyyəti.

- Fərdin bütün qavrama qabiliyyətlərinin sistemi; hissiyat, qavrama, yaddaş, təsəvvür, idrak, təxəyyül.

İndiki dövrdə intelekt dedikdə tapşırıqların həlli alqoritminin yaradılması qabiliyyəti başa düşülür. Başqa sözlə, daha ciddi şəkildə desək: İntelekt - problemin həlli yollarını tapmaq qabiliyyətidir.

Bu qabiliyyət adətən digər qabiliyyətlərin köməyi ilə realizə olunur. Burada qavramaq, elmə yiyələnmək, məntiqi şəkildə düşünmək, informasiyanın təhlili yolu ilə informasiyanı sistemləşdirmək, onun tətbiqi imkanlarını müəyyən etmək (təsnif etmək), onun əlaqələrini, qanunauyğunluqlarını və fərqli cəhətlərini tapmaq, onun oxşar təzahürü ilə təsəvvür etmək qabiliyyətləri nəzərdə tutulur.


GRBS® Psychotechnologies növbəti göstəricilərə əsasən heyətın psixometrik qiymətini təqdim edir;
- İntelekt əmsalı - İQ - (Ç.Spirmenə görə "g amili" göstəricisi);
- Təfəkkürün xüsusiyyətləri (məntiqilik, təhlil qabiliyyəti və.s).

Müasir psixologiya həm fərdi adamlara həm korporativ strukturlara bir çox məsələlərin texnoloji həllini təklif edən dəqiq bir elmi fənndir.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Azerbaijan

T/F: (+99412) 505-10-51 • 505-10-61 • 505-10-71 • M: (+99477) 277-59-00
E: mail@grbs.com

© GRBS®