Sosiometriya - komandada/kollektivdə şəxsiyyətlərarası münasibətlərin, qrupdaxidi əlaqələrin və tabeçiliyin ölçülməsi metodudur.

Sosiometrik tədqiqatların nəticələri - sosioqram - sxem olub, əyani olaraq bunları təqdim edir:
- Komanda üzvlərinin statusu (liderdən komandanın sıralarından qovulmuş üzvünə qədər);
- Komandanın üzvləri arasındakı münasibətlərin keyfiyyəti və intensivliyi;
- Fəaliyyət göstərən yarımqruplar və onların yaranma amilləri (maraqlar, üstünlüklər).

Eyni qrupda aparılan təkrar ölçülər aşağıdakı məqsədlərlə tətbiq oluna bilər: 
- Münaqişələrin proqnozu və aradan qaldırılması;
- Mobbinqin, şəxsi imtiyazların və qarşılıqlı asılılıqların aşkar olunması;
- Real lider funksiyalarının daşıyıcılarının aşkar olunması;
- Komandada qarşılıqlı münasibətlərin dinamikasının müşahidəsi.

Sosiometriyanın modifikasiyalı variantı daha iri qrupların, məsələn təşkilatların və ya ümumilikdə holdinqlərin tədqiqatı üçün də tətbiq oluna bilər.


GRBS® Psychotechnologies konkret komandada/kollektivdə yerinə yetirilən işin effektivliyinə təsir göstərən amillərin aşkar olunmasına yönəlmiş qarşılıqlı münasibətlərin keyfiyyətinin dəqiq sosiometrik qiymətləndirilməsini təklif edir.

Müasir psixologiya həm fərdi adamlara həm korporativ strukturlara bir çox məsələlərin texnoloji həllini təklif edən dəqiq bir elmi fənndir.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Azerbaijan

T/F: (+99412) 505-10-51 • 505-10-61 • 505-10-71 • M: (+99477) 277-59-00
E: mail@grbs.com

© GRBS®