Ayrıca əməkdaşın verdiyi töhfəni adekvat şəkildə qiymətləndirmək üçün bəzən bilavasitə rəhbər tərəfindən verilən qiymət kifayət etmir.

İnsan haqqında alınan xarakteristikaların səhihliyi nöqteyi-nəzərindən kompleksli informasiyanın müxtəlif mənbələrdən toplanması zərurəti meydana çıxır. Belə olan halda 360° ekspert qiymətləndirmə metodundan istifadə olunur.

360° metodu üzrə verilən qiymət - şirkətin əməkdaşının real vəziyyətlərində davranışına və onun ifadə etdiyi işgüzar keyfiyyətlərinə əsaslanan qiymətdir.

Məlumatlar
- əməkdaşın özünü
- onun bilavasitə rəhbərini
- həmkarlarını
- tabeliyində olan işçilərini
- ayrı-ayrı hallarda müştərilərini
sorğudan keçirməklə əldə edilir.

Bu gün 360° qiymətləndirmə heyətin inkişafının qiymətləndirilməsinin daha populyar metodlarından biridir. Onu təlim tələbatların aşkar olunması və fərdi inkişaf planlarının yaradılması üçün istifadə olunması daha effektivdir.


GRBS® Psychotechnologies heyətin qiymətləndirilməsinin prosedur və proseslərinin 360° metoduna əsasən təşkilini və həyata keçirilməsini təklif edir.

Müasir psixologiya həm fərdi adamlara həm korporativ strukturlara bir çox məsələlərin texnoloji həllini təklif edən dəqiq bir elmi fənndir.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Azerbaijan

T/F: (+99412) 505-10-51 • 505-10-61 • 505-10-71 • M: (+99477) 277-59-00
E: mail@grbs.com

© GRBS®