Heyətin seçimi zamanı namizədin psixoloji keyfiyyətlərinin etibarlı, dəqiq və düzgün şəkildə qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bunun ən etibarlı üsulu psixoloji testləşdirmənin tətbiqindən ibarətdir.

Məişətdə gənclik dərgisində çap olunan bir neçə sual da «psixoloji test» adlana bilər. Lakin peşəkar psixoloji testin yaradılmasına illər sərf olunur.

Sorğuları (anketləri) və testləri fərqləndirmək gərəkdir. Əgər sorğularda sınaqdan keçirilən şəxs cavabı şüurlu şəkildə seçirsə və nəticəni korrektə edə bilərsə (daha sadə dildə desək qeyri-səmimi ola bilərsə), o zaman testlər - standartlaşdırılmış tapşırıqdır. Onun yerinə yetirilməsinin nəticələrinə əsasən sınaqdan keçirilən şəxsin psixofizioloji və şəxsi xüsusiyyətləri, bilikləri, bacarıqları və vərdişləri qiymətləndirilir.

İstənilən peşəkar psixoloji test növbəti tələblərə cavab verməlidir:
- Düzgünlük - nəticələrin ölçülmək üçün nəzərdə tutulmuş xüsusiyyətlərə uyğunluğu;
- Etibarlılıq - daxili uzlaşma - test şkalasının bütün elementlərinin bir keyfiyyətin ölçülməsinə doğru istiqamətləndirilməsi;
- Reprezentativlik - konkret insanda və ya qrupda alınan normalar ilə (test şkalasında intervallar ilə) ölkənin bütün əhalisi ilə bağlı alınan normalar arasında uyğunluq;
- Səhihlik - testin saxtalaşmaya - nəticələrin sınaqdan keçirilən şəxslər tərəfindən bilərəkdən və ya şüursuz şəkildə təhrifinə qarşı əks təsir xüsusiyyəti.


GRBS® Psychotechnologies 160-dan çox peşəkar baxımından vacib olan psixoloji göstəricilərin dəqiq ölçülməsi imkanını təqdim edir.

Daha ətraflı şəkildə TESTLƏŞDİRMƏ bölməsinə baxın.

Müasir psixologiya həm fərdi adamlara həm korporativ strukturlara bir çox məsələlərin texnoloji həllini təklif edən dəqiq bir elmi fənndir.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Azerbaijan

T/F: (+99412) 505-10-51 • 505-10-61 • 505-10-71 • M: (+99477) 277-59-00
E: mail@grbs.com

© GRBS®