Psixoloji məsləhətləşmə - kliniki pozuntulara malik olmayan, lakin gündəlik həyatda çətinliklər hiss edən insanlara psixoloji yardımdır.

Problemlərin spektri genişdir:
- İşdə çətinlik (işdən narazı, həmkarlar və rəhbərlər ilə münaqişələr, işdən azad olma imkanı);
- Şəxsi həyatın keçilməzliyi və ailədə narazılıq;
- Uşaqların məktəbdə pis davamiyyəti;
- Özünə qarşı inamsızlığın və özünə hörmətin çatışmaması;
- Qərarların qəbulu zamanı əzablı tərəddüdlər;
- Şəxsiyyətlərarası münasibətlərin qorunmasında və qurulmasında çətinliklər;
- və.s.

Məsləhətləşmənin əsas prinsipləri:
- Hər bir şəxsiyyət sözsüz ki, dəyərə malik olub hörmət və ehtirama layiqdir;
- Hər bir şəxsiyyət özünə görə məsuliyyət daşımaq iqtidarındadır;
- Hər bir şəxsiyyət dəyərləri və məqsədləri seçmək, sərbəst şəkildə qərar qəbul etmək hüququna malikdir.

Psixoloji məsləhətləşmənin məqsədləri:
- Bəzi qaçılmaz sosial məhdudiyyətlərə baxmayaraq müştərinin daha məhsuldar həyat sürməsi, həyatından razı qalması üçün davranışın dəyişilməsinə yardım etmək;
- Həyatın yeni hadisələri və tələbləri ilə toqquşma zamanı çətinliklərin qarşısının alınması vərdişlərinin inkişafı;
- Həyati vacib qərarların effektiv qəbulunun təminatı;
- Şəxsiyyətlərarası münasibətlərin qurulması və saxlanması bacarığının inkişafı;
- Şəxsityyətin potensialının realizəsini və artımını yüngülləşdirmək.

Müasir psixologiya həm fərdi adamlara həm korporativ strukturlara bir çox məsələlərin texnoloji həllini təklif edən dəqiq bir elmi fənndir.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Azerbaijan

T/F: (+99412) 505-10-51 • 505-10-61 • 505-10-71 • M: (+99477) 277-59-00
E: mail@grbs.com

© GRBS®