GRBS® Psychotechnologies heyətin şəxsiyyətinin peşəkar baxımından vacib olan vərdişlərinin, qabiliyyətlərinin və xarakteristikalarının peşəkar psixoloji diaqnostikasını təklif edir.

Təklif olunan bütün psixometrik ölçülər hazırda tətbiq olunan etibarlılıq, dəqiqlik, reprezentativlik standartlarına cavab verən lisenziyalı və tamamilə uyğunlaşdırılmış alətlər (testlər) vasitəsilə həyata keçirilir.

Bir neçə il ərzində bizim mütəxəssilər tərəfindən apardığı iş nəticəsində 2008-ci ilin yanvar ayında milli standartların və nəticələrin interpretasiyası müəyyən olunması ilə bağlı iş tamamlanmışdır.

Biz psixoloji diaqnostikada o testlərə üstünlük veririk ki, onların nəticələri sınaqdan keçirilən şəxs tərəfindən korreksiya olunmur. Daha sadə dildə desək sınaqdan keçirilən şəxs qadir olduğundan yüksək nəticələr əldə edə bilməz.

Testlərin tətbiqi avtomatlaşdırılmış və girişi bu səhifədə yerləşən test sistemi vasitəsilə həyata keçirilir.

Müasir psixologiya həm fərdi adamlara həm korporativ strukturlara bir çox məsələlərin texnoloji həllini təklif edən dəqiq bir elmi fənndir.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Azerbaijan

T/F: (+99412) 505-10-51 • 505-10-61 • 505-10-71 • M: (+99477) 277-59-00
E: mail@grbs.com

© GRBS®