Xaricdən olan Müştərilər üçün

Qarşılamaq Və Müşayiət Etmək

GRBS® şirkəti, səriştəli işçiləri tərəfindən Müştərinin qarşılanması və otelə qədər müşayiət edilməsini təşkil edir. Bu xidmətə Müştərinin hava limanında (dəmir yolu vağzalında və ya dəniz limanı terminalında) qarşılanması, otelə qədər, həmçinin oteldən təlim keçirildiyi məkana qədər müşayiət edilməsi daxildir.  Xidmət xaricdən gələn Müştərilərimiz üçün tamamilə pulsuzdur.

Bizim oteldə və apartamentlərdə yerləşdirilmə

Biz xaricdən və Azərbaycan Respublikası regionlarından gələn müştərilərimizin rahatlığı üçün Bakı şəhərində yerləşən komfortlu apartamentlərimizi təklif edirik. Daha ətraflı məlumat üçün bu sayta keçin: www.bqhotels.az

Mədəni-əyləncəli Proqram

Bildiyimiz kimi, yad şəhərdə olmaq, bu şəhərin görməli yerləri və mədəniyyəti ilə tanışlıq baxımından  böyük maraq kəsb edir.  Bunula əlaqədar, GRBS® əlavə olaraq həm klassik, həmdə fərdi ekskursiyalar təşkil edir.

 

 

Klassik ekskursiyalar

Klassik ekskursiyalara Bakı şəhəri və şəhərətrafı tanınmış yerlərin ziyarət edilməsi daxildir:

  • Qız qalası
  • Şirvanşahlar Sarayı
  • Muhamməd ibn Abu-Bəkr Məscidi
  • Fəvvarələr Meydanı
  • Dağüstü Park
  • Bulvar
  • Bayıl Qəsri
  • Yanar Dağ
  • Atəşgah
  • Qobustan

 

Diqqətinizə çatdırmaq istəyirik ki, proqram Müştərinin istək və məqsədləri əsasında hazırlanır.

 

 

Fərdi ekskursiyalar

Fərdi ekskursiyalara dair proqram, klassikdən fərqli olaraq, xüsusi görməli yerlər toplusundan ibarət deyil.  Fərdi proqram Müştərinin istəyi əsasında tərtib edilir. Arzunuzdan asılı olaraq siz İçəri şəhərin qədim küçələrində gəzə bilər, funikulyorda gəzintiyə çıxarkən Bakı şəhərini seyr edə bilər və ya Bakı Metro stansiyalarına tamaşa edə bilərsiniz.

 

 

Axşam istirahəti

Diqqətəlayiq yerləri zövqlə tamaşa etdikdən sonra qonaqlarımız üçün axşam istirahətini təşkil edirik: teatr, restoran, fitnes-klub, akvapark, əyləncə mərkəzləri.

Broşüru
yüklə

upload

Son xəbərlər

11.03.2016

Layihələrin idarəetməsinə maraq artır

Son on il ərzində, Layihə İdarəetməsi İnstitutu (Project Management Institute, ABŞ) üzvlərinin sayını 25.000-dən 250.000-dək artırdı. Bu cür on qat artım 1969-cu ildə yarandığı andan etibarən əvvəlki artım ilə müqayisədə təşkilatın kəskin genişlənməsi deməkdir, həm də layihələrin idarəetməsinə artan marağı göstərir.

More information...

Project Management Institute® (Layihələrin İdarə olunması İnstitutu)

İlk növbədə biz fəxrlə bəyan edirik ki, GRBS® Akkreditasiya edilmiş PMI® Tədris Mərkəzidir və  Qeydiyyatdan Keçmiş PMI® “Education Provider” statusuna Azərbaycanda malik olan yeganə şirkətdir! PMI® bütün təhsil və bacarıq səviyyələrində olan layihə praktikləri üçün hərtərəfli sertifikatlaşdırma proqramını təklif edir. Hal-hazırda altı e

More information...

accreditation

28 M/St, Baku Central Hub Pushkin Street, Demir Yol Plaza, 15,16th floors Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: