Layihələrin idarə edilməsi üzrə PMI mütəxəssisi (PMP)®

Layihələrin idarə edilməsi üzrə PMI mütəxəssisi (PMP)® sertifikasiyası layihə menecerləri üçün bu sahədə ən  mühüm və tanınmış sertifikasiyadır. Bütün dünyada tanınan və tələb olunan PMP® göstərir ki, sizin layihələrin idarə edilməsi və istiqamətləndirilməsi üçün təcrübəniz, təhsiliniz və səlahiyyətiniz var.

Bu tanınma işəgötürənlər qarşısında rəqabətliliyin artması və daha yüksək əmək haqqı hesabına görünür; PMI Layihələrin İdarə Edilməsinin  Əmək Haqqlarının Araşdırılmasının səkkizinci nəşrinə görə, sertifikasiya layihə menecerlərinin əmək haqqına müsbət təsiri edir.

Kimlər müraciət edə bilər?

PMP layihə qruplarının idarə edilməsi və istiqamətləndirilməsi sahəsində nümayiş edilmiş səlahiyyətləri tanıyır. Əgər siz öz bacarıqlarınızı gücləndirmək, işəgötürənlər qarşısında seçilmək və potensial qazancı artırmaq istəyən təcrübəli layihə menecerisinizsə PMP sertifikasiyası sizin üçün doğru seçimdir.

PMP sertifikasiyasına olan tələblər

PMP üçün müraciət etmək üçün aşağıdakılar zəruridir:

  • Orta təhsil (orta məktəb attestatı, diplom və ya ekvivalenti) və layihə risklərinin idarə edilməsi üzrə ən azı beş il və layihələrin idarə edilməsi və istiqamətləndirilməsi sahəsində 7.500 saat təcrübə və layihələrin idarə edilməsi üzrə 35 saat təlim. 
    VƏ YAXUD 
  • Dördillik dərəcə (bakalavr dərəcəsi və ya ekvivalenti) və layihə risklərinin idarə edilməsi üzrə ən azı üç il təcrübə və layihələrin idarə edilməsi və istiqamətləndirilməsi sahəsində 4.500 saat təcrübə və layihələrin idarə edilməsi üzrə 35 saat təlim.

PMP sertifikasiyasını qoruyun

PMI Davam edən sertifikatlaşdırma tələbləri çərçivəsində PMP sertifikasiyasının sahibi üçillik dövr ərzində 60 PDU qazanmalıdır.

Broşüru
yüklə

upload

Son xəbərlər

11.03.2016

Layihələrin idarəetməsinə maraq artır

Son on il ərzində, Layihə İdarəetməsi İnstitutu (Project Management Institute, ABŞ) üzvlərinin sayını 25.000-dən 250.000-dək artırdı. Bu cür on qat artım 1969-cu ildə yarandığı andan etibarən əvvəlki artım ilə müqayisədə təşkilatın kəskin genişlənməsi deməkdir, həm də layihələrin idarəetməsinə artan marağı göstərir.

More information...

Project Management Institute® (Layihələrin İdarə olunması İnstitutu)

İlk növbədə biz fəxrlə bəyan edirik ki, GRBS® Akkreditasiya edilmiş PMI® Tədris Mərkəzidir və  Qeydiyyatdan Keçmiş PMI® “Education Provider” statusuna Azərbaycanda malik olan yeganə şirkətdir! PMI® bütün təhsil və bacarıq səviyyələrində olan layihə praktikləri üçün hərtərəfli sertifikatlaşdırma proqramını təklif edir. Hal-hazırda altı e

More information...

accreditation

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: