• GRBS® has started the new initiative, VIP client,sinceApril of 2009
  • On this page of our site you can read about achievements of our best students.
  • We work with our VIP clients in partnership with leading local and international organizations.
  • Every year tens of young boys and girls who haven’t even had parent care leave orphanages and boarding homes without any hope to the future.

GRBS® 2009-cu ilin aprel ayından etibarən VIP müştəri adlı yeni təşəbbüsünü həyata keçirməyə başlamışdır. Digər təşkilatlardan fərqli olaraq, bizim şirkət VIP anlayışını kökündən dəyişmişdir. Bizim ən vacib müştərilərimiz (VIP) internat məktəblərinin məzunları, uşaq evlərini tərk etmiş 16-24 yaşlı gənclərdir.

 

Zaman məhdudiyyəti qoyulmayan bu təşəbbüs çərçivəsində, VIP müştərilərimiz üçün GRBS® Tədris Mərkəzinin mövcud proqram və təlimləri üzrə tədris və hazırlıq kursları tamamilə pulsuzdur. Bundan əlavə, GRBS®, bu kimi cavan oğlan və qızlara köməklik etmək istəyən kommersiya və qeyri-kommersiya təşkilatları ilə birlikdə həmin VIP müştərilərini gələcəkdə təmənnasız olaraq işlə təmin etməyi planlaşdırır.

 

Biz, bu məqsədlə VIP müştərilərimiz üçün xüsusi internet səhifəsi yaratmışıq. Burada, gənclər cari treninqlərin proqramları ilə tanış ola, bizim təşəbbüsümüzü dəstəkləmək və bizimlə əməkdaşlıq etmək istəyən bütün şəxslər isə ən istedadlı tələbələr, onların ehtiyacları, harada və necə yaşamaqları, artıq bizim əməkdaşımız olanlar və ümumi uğurlar haqqında məlumat əldə edə bilərlər.

 

VIP müştəriləri GRBS® Tədris Mərkəzinin təklif etdiyi istənilən 64 kurs və təlimlərdə təmənnasız iştirak edə bilərlər. GRBS® tərəfindən təmin olunan təhsil, metodik və tədris materiallarını əldə etdikdən və yekun imtahan verdikdən sonra, gənclər biliklərini təcrübədə tətbiq etmək imkanı qazanacaqlar.

Bizim təlim və kurslarda təhsil alan gənclər, Sizin təşkilatın peşəkar və əvəzedilməz işçilərinə çevriləcəklər. Bundan əlavə, ixtisaslaşdırılmış testlərdən keçdikdən sonra, onlar ünsiyyət, təzyiq altında işləmək, kommunikasiya və sairə psixoloji göstəricilər üzrə qiymətləndiriləcəklər.

Biz, internet saytımızın bu bölməsini xüsusilə VIP müştərilərimiz üçün yaratmışıq. Burada, bizim Tədris Mərkəzimizdə öyrənə biləcəyiniz peşələrin siyahısı ilə tanış ola bilərsiniz, bizim təşəbbüsü dəstəkləmək və bizimlə əməkdaşlıq etmək istəyən bütün digər şəxslər isə ən istedadlı gənclər haqqında ətraflı məlumat, onların ehtiyacları, harada və necə yaşamaqları, artıq bizim əməkdaşlarımız olanlar və ümumi uğurlar haqqında məlumat ala bilərlər.

Speak Easy training

12-13 September, 2011

GRBS - Regional Leader & Innovator

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

© 2013- GRBS GROUP OF COMPANIES LLC

Join us on: