Mühasibat Uçotu-Rus (əsaslar)

Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq, əsaslar)

 

 

İmtahan mövzuları
  • Maliyyə Hesabatlarının Məzmunu və Məqsədləri
  • Maliyyə Məlumatının Keyfiyyət Göstəriciləri və Mühasibat Uçotunun Əsas Dayaqları
  • İkili Qeydiyyat Sisteminin Tətbiq Edilməsi və Mühasibat Uçotu Sistemi
  • Əməliyyatların və Hadisələrin Qeydiyyatı
  • Yoxlama Balansının Tərtib Edilməsi
  • Əsas Maliyyə Hesabatlarının Tərtib Edilməsi
Məqsəd

Maliyyə uçotuna aid olan əsas prinsiplərin, konsepsiyaların, qaydaların və əsas maliyyə hesabatların hazırlanması nəzərə olunmaqla ikili qeydiyyat üsulunun tətbiq edilməsinə dair texniki bacarıqların dərk edilməsi və mənimsənilməsi.

Sertifikatlaşdırıcı İmtahan

Tədris kursunun sonunda keçiriləcək 2 (iki) saatlıq yazılı sertifikatlaşdırıcı imtahanda uğur qazanan namizədlər beynəlxalq səviyyədə tanınan sertifikatla təltif olunur. Şəffaflığı və peşəkar yanaşmanı təmin etmək məqsədilə imtahanın nəticələri GRBS®-lə partnyorluq sazişi əsasında Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvü Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən qiymətləndiriləcəkdir.

Kurs haqqında təfsilatlı məlumat

Kurs növü:

Taught + Revision

Tədris dili:

Rus

       

Cədvəl növü:

Həftə sonu

Qiymət:

680 AZN (İmtahana Qeydiyyat Daxil Olmaqla)

Gün: Bazar
Saat: 09:30 - 13:30

Ümumi müddət:

54 saat

 Qiymətə daxildir: Göstərilmiş qiymətə hazırlıqla yanaşı kofe-breyklər və ACCA (Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosasiyası) tərəfindən təsdiq olunmuş BPP Learning Media nəşriyyatının lisenziya əsasında GRBS® tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş unikal tədris vəsaitlərinin və ya rus dilli tədris vəsaitlərinin tam paketi.
 
 

Keçirilmə yeri:

Səməd Vurğun küçəsi 77 • Zabitlər Parkı • Baku AZ1022, Azərbaycan

 


 


 

Qeydiyyat

Qeydiyyatdan keçmək istəyən şəxs aşağıdaki üsullardan birini seçə bilər:

1. ONLAYN rejimdə qeydiyyat (daha sürətli və rahat servis).

2. Faks və ya E-mail: Qeydiyyat Formasını doldurub qeyd olunan nömrələrə  (994 12) 437-10-51/ 61 və ya ipq@grbs.com elektron poçt ünvanına göndərin. Qeydiyyat formasını bizə göndərdikdən sonra, müştəri xidməti mərkəzimizin əməkdaşları sizinlə 24 saat ərzində əlaqə saxlayacaqdır.

 

3. Kursa başlamazdan öncə, müvafiq kurs üzrə bilik səviyyəsini müəyyənləşdirmək üçün Qiymətləndirmə testindən keçmək tələb olunur(!). Xidmətin qiyməti 40 AZN-dir. Hazırlıq kursa yazılmaqla bağlı müqavilə imzalandıqdan sonra 40 AZN kursun ödənişdən çıxılır.

 

Qiymətləndirmə testinin günləri:

Bazar ertəsi, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə saat 19:00 - 20:00.


Yerlər məhduddur, ən qısa zamanda qeydiyyatdan keçməyinizi tövsiyə edirik.
Müvəffəqiyyətliliyin təminatı

Əgər Taught+Revision kursunda iştirak etmək üçün tövsiyələrimizə riayət etsəniz və aşağıdakı ÜÇ şərti təmin etsəniz, inanırıq ki, Sizin imtahanı müvəffəqiyyətlə verməyə əla şansınız var:

  1. Taught+Revision kursunda davamlı şəkildə iştirak etmək
  2. Hər iki Aralıq Testdə minimum 50% toplamaq
  3. Yoxlama imtahanında minimum 50% toplamaq

 

Yuxarıda qeyd olunmuş hər üç şərt yerinə yetirilərsə, LAKİN bununla belə tələbə imtahandan kəsilərsə, bu halda  GRBS®   tələbələrin təkrarən kurslarda iştirakını PULSUZ təmin edir və ikinci dəfə imtahanda iştirak etmək üçün təkrar qeydiyyat haqqını öz üzərinə götürür. Yuxarıda qeyd olunmuş hər üç şərt yerinə yetirilmədən, tələbə imtahandan kəsilərsə, tələbənin təkrarən kursda iştirakı kursun iştirak haqqının 50%-nı ödəməklə mümkün olacaq.

 

Endirimlər
  • GRBS® eyni təşkilatı/şirkəti təmsil edən bir neçə iştirakçı üçün aşağıdakı endirimlər tətbiq edir: 2 iştirakçı  üçün 4%, 3 iştirakçı üçün 6%, 4 iştirakçı üçün 8%, 5-10 iştirakçı üçün 10%, 10 və daha artıq iştirakçı üçün daha çox endirim təklif olunur (daha ətraflı)
  • 5% kvalifikasiyalar üzrə hər ardıcıl kursda iştirak edənlərə (yalnız fiziki şəxslər üçün)
  • 10% - 16 yaşdan 23 yaşa qədər olan şəxslərə
  • 10% - bakalavr pilləsində təhsil alan tələbələrə
  • 10% - dövlət sahəsində çalışan işçilərə
  • 10% - AG Club kart sahiblərinə 
  • 10% - ISIC kartının sahiblərinə 
  • 10% - Biz Klub abunəçilərinə
  • 10% - UniBank Endirim Club üzvlərinə 
  • Hərbi xidmətdən son 1 il ərzində tərxis olunmuş hər bir gənc oğlana 21 % və birbaşa ön cəbhədə olan hər bir gənc oğlana 50% endirim tətbiq edilir
  • GRBS® Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan imtiyazlı şəxslər üçün xüsusi endirimlər tətbiq edir (daha ətraflı)

 

Xüsusi qeydlər:

  • Müştəri yalnız bir endirim təklifindən yararlana bilər
Dosta tövsiyə
  • Əgər Sizin tövsiyənizlə dostunuz/həmkarınız CNPA üzrə hazırlıq kursuna yazılsa, bu halda sizin hər biriniz üçün kursun dəyərindən 38 AZN çıxılacaq.
  • Kursun dəyərindən çıxılmış 38 AZN sizin iştirak etdiyiniz və ya gələcəkdə iştirak edəcəyiniz CNPA üzrə hazırlıq kursuna birbaşa sərf edilir.
  • Siz GRBS®-də keçirilən hazırlıq kurslarını iki nəfərdən artıq olmayaraq dostunuza və ya həmkarınıza tövsiyə edə bilərsiniz.
  • Bu kampaniya yalnız FİZİKİ ŞƏXSLƏRƏ (öz hesabına iştirak edən şəxslərə) tətbiq edilir.
Qeydiyyatın təxirəsalınma və ləğv edilmə proseduru

Müştəri hazırlıq kursunda iştirak etməmək üçün qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olduqda, o, bu barədə "GRBS International Professional Qualifications" MMC-in nümayəndələrinə yazılı şəkildə bildirməlidir. Bildiriş kursun başlanma tarixindən ən azı 7 (yeddi) iş günü qabaqcadan həyata keçirilməlidir, əks halda kurs haqqının 30%-i həcmində cərimə ödənilməlidir.Kursun başlanma tarixindən sonra qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olan müştərilərimiz kurs haqqının 100%-həcmində cərimə ödəməlidirlər.

Xaricdən olan müştərilər üçün
GRBS® aşağıdakı əlavə xidmətləri təqdim edir: müştərinin qarşılanması və müşayiəti, oteldə yerləşdirilmə və mədəni-əyləncəvi proqramlar (daha ətraflı). 

  Kursun PROQRAMI və dərslərin CƏDVƏLİ ilə əlaqədər daha ətraflı məlumat üçün, xahiş olunur yükləyin:

 BROŞÜR (PDF 850KB) və KURSUN PROQRAMI (PDF, 165KB)

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: