CNAA haqqında

SERTİFİKATLAŞDIRILMIŞ MİLLİ MÜHASİB VƏ AUDİTOR KVALİFİKASİYASI

"Sertifikatlaşdırılmış Milli Mühasib və Auditor" Kvalifikasiyası mühasib və auditorlar üçün beynəlxalq səviyyədə tanınan və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarına və müvafiq qanunvericiliyə əsaslanan milli peşəkar kvalifikasiyadır.

"Sertifikatlaşdırılmış Milli Mühasib və Auditor" Kvalifikasiyası Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində GRBS® tərəfindən təqdim edilir.  Kvalifikasiya üzrə tədris və milli sertifikatlaşdırma proqramı Azərbaycan və Rus dillərində keçirilir.

Sertifikatlaşdırılmış Milli Peşəkar Mühasibat Kvalifikasiyası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş 29 iyun 2004-cü il tarixli "Mühasibat Uçotu Haqqında" Azərbaycan Respublikası Qanununa əsaslanaraq hazırlanmışdır. Bu qanuna əsasən Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlər 01 yanvar 2008-ci il tarixindən etibarən Milli və Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçməlidir.

SERTİFİKATLAŞDIRILMIŞ MİLLİ  MÜHASİB VƏ AUDİTOR KVALİFİKASİYANIN STRUKTURU

"Sertifikatlaşdırılmış Milli Mühasib və Auditor" Kvalifikasiyası aşağıda göstərilmiş fərdi sertifikasiya proqramlarından ibarətdir. Namizədlər bu proqramları öz istəklərinə, ehtiyac və biliklərinə uyğun olaraq ayrı-ayrılıqda və ya ardıcıllıqla keçə bilərlər. Prosedurlara əsasən Sertifikatlaşdırmış Milli Peşəkar Mühasib statusuna layiq görülmək üçün namizədlər bu imtahanları müəyyən ardıcıllıqla uğurla keçməli və öz peşəkar təcrübələri haqqında hesabat təqdim etməlidirlər. Qaydalar və Şərtlərlə daha ətraflı tanış olmaq üçün GRBS®-in Beynəlxalq Peşəkar Kvalifikasiyalar istiqamətinin nümayəndələrinə ilə əlaqə saxlayın.

Azərbaycan dilində

  • Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq əsaslar);
  • İdarəetmə Uçotu üzrə Milli Sertifikat;
  • Vergi Uçotu üzrə Milli Sertifikat;
  • Kommersiya Təşkilatları üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom;
  • Büdcə Təşkilatları üçün Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom;
  • Qeyri-hökumət Təşkilatları üçün Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom;
Rus dilində
  • Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq əsaslar);
  • İdarəetmə Uçotu üzrə Milli Sertifikat;
  • Kommersiya Təşkilatları üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom;


TƏDRİS VƏSAİTLƏRİ

Azərbaycan dilində keçirilən kurslar üçün tədris vəsaitləri: Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq, əsaslar), İdarəetmə Uçotu üzrə Milli Sertifikat, Kommersiya, Büdcə və Qeyri-hökumət təşkilatları (QHT) üçün Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom hazırlıq kurslarında istifadə edilən tədris vəsaitləri dünyanın 180-dən çox ölkəsində yayılmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Assosiation of Chartered Certified Accountants (ACCA)) 50 illik təcrübəyə malik rəsmi nəşriyyatı "BPP Learning Media" tərəfindən hazırlanmış ACCA Kvalifikasiyası üzrə ingilis dilli tədris materiallarının Azərbaycan dilinə GRBS® tərəfindən eksklüziv rəsmi tərcüməsi əsasında yaradılmışdır. Vergi Uçotu kursunun tədris materialları isə Azərbaycan Respublikasında hal-hazırda qüvvədə olan Vergi Qanunvericiliyi əsasında yaradılmışdır.

Tədris vəsaitinin nümunəsi ilə tanış olmaq üçün yükləyin:
Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom - Dərs Vəsaiti (21-ci fəsil / PDF 1,45 MB)

Rus dilində keçirilən kurslar üçün tədris vəsaitləri: Hər bir kurs üçün ACCA (Assosiation of Chartered Certified Accountants) tərəfindən təsdiq edilmiş proqramlar üzrə Rus dilində hazırlanmış tədris vəsaitlərindən istifadə edilir.


MİLLİ SERTİFİKATLAŞDIRICI İMTAHAN
Milli Sertifikatlaşdırıcı İmtahanları uğurla verәn namizәdlәr 105 illik tarixә malik imtiyazlı Sertifikatlaşdırılmış Mühasiblәr Assosiasiyası tәrәfindәn (ACCA) Azәrbaycan Respublikasında yeganә akkreditә edilmiş Tәdris Partnyoru GRBS® vә Beynәlxalq Mühasiblәr Federasiyasının (IFAC) üzvü Azәrbaycan Respublikası Auditorlar Palatası tәrәfindәn tәqdim edilәn vә beynәlxalq Diplom vә Sertifikatlarla tәltif olunurlar.

DƏRSLƏRİN KEÇİRİLMƏ VAXTLARI
Mütəxəssislərin kurslarda rahat, iş qrafiklərinə mane olmadan və işdən ayrılmadan iştirak edə bilmələri üçün bir neçə fərqli cədvəl təklif olunur: 
  • Həftə içi 1 (bir) gün saat 9:00-dan 13:00-dək;
  • Həftə içi 2 (iki) gün saat 19:00-dan 21:00-dək;
  • Həftə sonu saat 9:30-dan 13:30-dək və ya 14:00-dan 18:00-dək.
Kurslar Caspian Plazada yerləşən, rahat və beynəlxalq standartlara cavab verəcək şəkildə hərtərəfli təchiz olunmuş GRBS® Tədris Mərkəzində keçiriləcək.

QEYDLƏR və TÖVSİYYƏLƏR

Kommersiya Təşkilatları üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom kurslarında iştirak etmək istəyən şəxslərin tələb olunan minimal təcrübəsi yoxdursa və ya təcrübələri azdırsa, həmçinin iştirakçılar kurs materialının mənimsəniləcəyinə əmin deyillərsə, iştirakçının ilk növbədə Mühasibat Uçotu üzrə Milli Sertifikat hazırlıq kursunda iştirakı zəruridir, daha sonra isə İdarəetmə və Vergi Uçotu üzrə Milli Sertifikat kurslarında iştirakı tövsiyə olunur.

Mühasibat Uçotu (beynəlxalq, əsaslar) üzrə Milli Sertifikat və İdarəetmə Uçotu üzrə Milli Sertifikat hazırlıq kursları müvafiq olaraq ACCA Kvalifikasiyasının Financial Accounting (F3), Management Accounting (F2) səviyyəsinə uyğun olub, mühasibatlıq və maliyyə sahəsini yeni öyrənən və ya kifayət qədər təcrübəyə malik olmayan şəxslər üçün nəzərdə tutulmuşdur. Bu kurslarda iştirak etmək üçün hər hansı təcrübə məhdudiyyəti yoxdur.

Vergi Uçotu üzrə Milli Sertifikat üzrə hazırlıq kursu Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi əsasında hazırlanmışdır və vergitutma sahəsini yeni öyrənən və ya kifayət qədər təcrübəyə malik olmayan şəxslər üçün nəzərdə tutulmuşdur. Bu kurslarda həmçinin iştirak etmək üçün hər hansı təcrübə məhdudiyyəti yoxdur.

Kommersiya Təşkilatları üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom üzrə hazırlıq kursları isə mühasibatlıq və maliyyə sahəsində daha ali kurs olub, Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə ACCA Diplomu (ACCA Diploma in International Financial Reporting) kvalifikasiyasına uyğundur və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Milli Maliyyə Hesabatı Standartlarını tam şəkildə əhatə edir. Bu kurslar mühasibatlıq və maliyyə sahəsində ən azı 3 (üç) illik təcrübəyə və ya müvafiq ali təhsil və 2 (iki) illik müvafiq təcrübəyə malik şəxslər üçün nəzərdə tutulmuşdur.

QHT və Büdcə Təşkilatları üçün Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom üzrə hazırlıq kursları isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Milli Maliyyə Hesabatı Standartlarına və beynəlxalq formatların tələblərinə əsasən hazırlanmışdır. Bu kurslar mühasibatlıq və maliyyə sahəsində ən azı 3 (üç) illik təcrübəyə və ya müvafiq ali təhsil və 2 (iki) illik müvafiq təcrübəyə malik şəxslər üçün nəzərdə tutulmuşdur.



 

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: