TÖVSİYƏ MƏKTUBU E&Y AUDİT ŞİRKƏTİ ÜÇÜN

Azərbaycan gənclərinin karyera imkanlarını daha da genişləndirmək məqsədi ilə GRBS® ilə Ernst & Young Holdings (CIS) BV-nin Azərbaycan nümayəndəliyi arasında strateji əməkdaşlıq münasibətləri qurulmuşdur.

 

Daim öz müştərilərini yeniliklərlə sevindirən GRBS® bu strateji əməkdaşlıq vasitədi ilə peşəkar karyerasını Ernst & Young ilə başlamaq istəyənlər üçün unikal bir imkan təqdim edir.

 

Belə ki, Ernst & Young Azərbaycan və GRBS® arasında olan əməkdaşlığa əsasən GRBS® təhsilini uğurla bitirmiş, Mühasibat Uçotu və ya  Beynəlxalq Maliyyə Hesabatı Standartlarını yaxşı bilən və işlə təmin olunmaq arzusunda olan şəxslər Ernst & Young Azərbaycan nümayəndəliyində işə qəbul olunmaq üçün Tövsiyə Məktubu alacaqlar.

Tövsiyə məktubunun üstünlükləri

Tövsiyə məktubu ilə işə qəbulun üstün cəhəti ondan ibarətdir ki, əldə edilmiş razılaşmaya əsasən Tövsiyə Məktubuna almağa müvəffəq olmuş şəxslər Ernst & Young şirkətində işə qəbul zamanı bütün imtahanları verir, lakin mühasibat uçotu üzrə onun imtahan nəticələri nəzərə alınmır. Beləliklə namizəd mühasibat uçotu üzrə imtahandan keçməsə belə, növbəti mərhələyə çağırılır.

Müraciət qaydaları

Namizəd GRBS® tərəfindən Tövsiyə Məktubu almaq üçün ilk növbədə yazılı şəkildə ipq@grbs.com elektron poçt ünvanına müraciət məktubu göndərməlidir. Məktubda özünüz haqqında məlumat (ad, soyad və əlaqə nömrələri) və GRBS-də keçdiyiniz kursun adını və keçirilmə tarixini qeyd edin.

 

Məktubun nümunəsi:

 

------------------

Hörmətli GRBS,

Mən, Elnur Əhmədov XX May XXXX-ci il  tarixlərində ACCA F3 Financial Accounting kursunda uğurla iştirak etmişəm. Xahiş edirəm, Ernst & Young şirkətinə işə qəbul zamanı təqdim etmək üçün mənə tövsiyə məktubu verilməsi haqqında müraciətimə baxasınız.

 

Əlaqə nömrələrim: 000 000 00 00

 

Hörmətlə,

Elnur Əhmədov

----------------------

 

Müraciətlər il boyu qəbul olunur. Müraciətiniz əsasında GRBS®-də iştirak etdiyiniz kursla bağlı bütün sənədlər toplanaraq Daxili Komissiyaya təqdim edilir.

Daxili Komissiya toplanılmış sənədləri qiymətləndirərək müraciət vermiş şəxsə Tövsiyyə Məktubunun verilib-verilməməsi haqqında qərar verir.

Tövsiyə Məktubu Komissiyanın qərarı ilə, ərizəçinin performansından asılı olaraq "Yüksək Tövsiyə Edilən" və "Tövsiyə Edilən" olmaqla 2 səviyyədən biri ola bilər.

Şəffaflığı təmin etmək məqsədilə müsbət rəy almış şəxslərin Tövsiyə Məktubunun statusu məxfi saxlanılmaqla birbaşa Ernst & Young şirkətinə göndərilir və məzmunu açıqlanmadan bu haqda namizəd məlumatlandırılır.

Uyğunluq kriteriyaları

GRBS-dən Tövsiyə Məktubu almaq üçün namizəd aşağıdakı kriteriyalara uyğun gəlməlidir:

  1. GRBS-də təlimlərdə iştirak etmək və aşağıdakı şərtlərdən birinə uyğun olmaq
    • aşağıdakı istiqamətlərdən hər hansı birində uğurla iştirak etmək:
      • ACCA F3 Financial Accounting;
      • CIMA C02 Fundamentals of Financial Accounting;
      • Mühasibat Uçotu üzrə milli Sertifikat;
      • ACCA DipIFR;
      •  Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom; və ya
    • GRBS-də hər hansı bir təlimdə iştirak etmək və yuxarıdakı hər hansı bir təlim üzrə sertifikatlaşdırıcı imtahanı uğurla vermək və ya imtahandan azad olunmaq;
  2. Yüksək səviyyəli yazılı və şifahi ingilis dili bacarıqlarına malik olmaq (upper intermediate, TOEFL  ingilis dili (həmçinin seçim zamanı rus dilini bilənlərə üstünlük verilir);
  3. İştirak etdiyiniz kursda tələb olunan göstəriciləriniz: son sınaq imtahandan 50%-dən çox nəticə əldə etmək və  dərslərin 80%-dən çoxunda iştirak etmək;
  4. 18-35 yaş həddinə uyğun olmaq;
Əlaqə
Tövsiyə Məktubu haqqında daha ətraflı məlumat almaq, müraciət etmək və ya sullarınızı yönləndirmək üçün +(994 12) 437 10 51/61 nömrəli telefonlara zəng edərək və ya ipq@grbs.com ünvanına yazaraq GRBS® ilə əlaqə saxlayın.
ÖDƏNİŞSİZ TƏHSİL™

GRBS® ÖDƏNİŞSİZ TƏHSİL™ layihəsi çərçivəsində ən güclülər üçün unikal imkan təqdim edir. Belə ki, Siz təhsil almaq istədiyiniz proqram üzrə biliyinizin hər kəsdən üstün olduğunu sübut edərək ÖDƏNİŞSİZ və ya BÖYÜK ENDİRİMLƏRLƏ təhsil almaq imkanı əldə edə bilərsiniz.

 

Bunun üçün Siz GRBS® tərəfindən 22 Yanvar 2013-cü il tarixində keçiriləcək xüsusi imtahanlarda ən yüksək nəticələr əldə etməlisiniz.

 

İmtahanlarda ən yüksək nəticəni əldə edən 1-ci namizəd ÖDƏNİŞSİZ, 2-ci namizəd 50%, 3-cü isə 30% endirimlə təhsil almaq imkanı əldə edəcək.

İmtahanlar ödənişsizdir.

İmtahanlara qeydiyyat üçün son tarix: 19 Yanvar 2013.

Ümumi qaydalar

ÖDƏNİŞSİZ TƏHSİL™ layihəsi çərçivəsində hər hansı bir təlim üzrə ödənişsiz və ya endirimlərlə təhsil almaq istəyən namizədlər ilk növbədə Müsabiqədə, yəni seçim imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməli və GRBS® tərəfindən əvvəlcədən elan edilən tarixlərdə Müsabiqədə iştirak etməlidirlər. Seçim imtahanlarında 50%-lik keçid balını keçmiş və ən yüksək nəticə əldə etmiş namizədlər kampaniyada iştirak etmək hüququ qazanırlar.

ÖDƏNİŞSİZ TƏHSİL™ layihəsi çərçivəsində aşağıdakı kvalifikasiyalar üzrə təhsil almaq mümkündür:


  1. ACCA Kvalifikasiyası
  2. ACCA DipIFR kvalifikasiyası
  3. CIMA Certificate in Business Accounting Kvalifikasiyası
  4. CIMA Peşəkar Kvalifikasiyası
  5. "Sertifikatlaşdırılmış Milli Mühasib və Auditor" Kvalifikasiyası
  6. NEBOSH Kvalifikasiyası


ÖDƏNİŞSİZ TƏHSİL™ layihəsi çərçivəsində Siz eyni zamanda bir və ya bir neçə təlim üzrə ödənişsiz və ya endirimlə təhsil ala bilərsiniz. Bunun üçün hər bir təlim üzrə fərdi şəkildə Müsabiqədə iştirak etmək tələb olunur. Müsabiqədə qalib gələn şəxslər yalnız müraciət etdiyi təlim kursu üzrə ödənişsiz təhsil ala bilər. 

ÖDƏNİŞSİZ TƏHSİL™ layihəsində yalnız fiziki şəxslər iştirak edə bilərlər. Təlimlərdə iştirakı korporativ  şəkildə, yəni hər hansı bir qurum tərəfindən ödənilən namizədlər ÖDƏNİŞSİZ TƏHSİL™ layihəsində iştirak edə bilməyəcəklər. Korporativ şəkildə hər hansı bir digər endirim almaq üçün namizədlərin və ya qurumların fərdi şəkildə müraciət etməyini xahiş edirik.

ÖDƏNİŞSİZ TƏHSİL™ layihəsinə təlim kursu üzrə dərslərdə iştirak və sınaq imtahanları daxildir. Sertifikatlaşdırıcı imtahanlara qeydiyyat və tədris materialları kampaniya çərçivəsində əhatə olunmur.
Qeydiyyat

Müsabiqəyə qeydiyyatdan keçmək üçün yazılı şəkildə ipq@grbs.com elektron poçt ünvanına müraciət məktubu göndərməlisiniz. Məktubda özünüz haqqında məlumat (ad, soyad və əlaqə nömrələri) və seçdiyiniz kursun adını qeyd edin.

Məktubun nümunəsi:

------------------

Hörmətli GRBS,

Mən, Elnur Əhmədov Ödənişsiz Təhsil layihəsi çərçivəsində DipIFR (rus dilində) təlimində iştirak etmək istəyirəm. Xahiş edirəm, məni müsabiqəyə qeydə alasınız.

Əlaqə nömrələrim: 000 000 00 00

Hörmətlə,

Elnur Əhmədov

----------------------

Müraciət məktubu daxil olduqdan sonra 24 saat ərzində GRBS® nümayəndəsi Sizinlə əlaqə saxlayaraq Sizin qeydiyyatınızı təsdiqləyəcək və müvafiq şəkildə Sizi məlumatlandıracaq.
Müsabiqə və imtahanlar

Müsabiqə

Müsabiqə hər bir təlim kursu üzrə müraciət etmiş şəxslər arasında ən güclülərini təyin etmək və ÖDƏNİŞSİZ TƏHSİL™ layihəsində iştirak etmək hüququnu qazanacaq qalibləri təyin etmək üçün keçirilən xüsusi imtahanları əhatə edir.

İmtahanların tarixləri

Hər bir təlim kursu üzrə imtahanlar kursların başlamasından əvvəl GRBS® tərəfindən müəyyən edilmiş xüsusi tarixlərdə keçirilir. Əgər Siz kurslara artıq qeydiyyatdan keçmisinizsə və daha sonra ÖDƏNİŞSİZ TƏHSİL™ layihəsində iştirak etmək qərarına gəlmisinizsə, bu zaman Müsabiqədə iştirak şansını əldən verməmək üçün dərhal GRBS® ilə əlaqə saxlayın və qeydiyyatdan keçin.

İmtahanın əhatə etdiyi mövzular

İmtahanlar hər bir təlim kursu üzrə həmin təlimin proqramına uyğun olaraq tərtib edilir. İmtahanların əhatə etdiyi mövzu seçdiyiniz kursun əhatə etdiyi proqramın eynisi deyil və yalnız həmin proqramda iştirak etmək üçün tələb olunan ilkin və daha sadə bilikləri əhatə edir. İmtahanların əhatə etdiyi mövzu haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.
Nəticələr

İmtahanların nəticələri 7 iş günü ərzində rəsmən elan edilir və bu haqda məlumat www.grbs.com saytımızda elan edilir. Nəticələr haqqında məlumat həmçinin namizədlərə e-mail və ya telefonlara qısa ismarıc şəklində göndərilir.

İmtahanlarda keçid faizi 50%-dir. Yəni qaliblər yalnız 50%-dən yuxarı nəticə göstərən namizədlər arasında təyin edilir.

Yuxarıda da qeyd edildiyi kimi imtahanlarda ən yüksək nəticəni əldə edən 1-ci namizəd ÖDƏNİŞSİZ, 2-ci namizəd 50%,3-cü isə 30% endirimlə seçdiyi təlim üzrə təhsil almaq imkanı əldə edir.

Əlaqə

ÖDƏNİŞSİZ TƏHSİL™ layihəsi haqqında daha ətraflı məlumat almaq, qeydiyyatdan keçmək və imtahanlarla tanış olmaq üçün +(994 12) 437 10 51/61, +(994 55) 208 10 91 telefon nömrələrinə zəng etməklə və ya ipq@grbs.com ünvanına yazaraq bizimlə əlaqə saxlayın.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: