Fiziki şəxslərə endirim
  • 7% - kvalifikasiyalar üzrə hər ardıcıl kursda iştirak edənlərə (yalnız fiziki şəxslər üçün)
  • 10% - 16 yaşdan 25 yaşa qədər olan şəxslərə
  • 15% - tələbələr üçün
  • 10% - dövlət sahəsində çalışan işçilərə
  • Hərbi xidmətdən son 1 il ərzində təxris olunmuş hər bir gənc oğlana 25% və birbaşa ön cəbhədə olan hər bir gənc oğlana 50% endirim tətbiq edilir

Xüsusi qeydlər

  • Müştəri bir neçə endirim təklifindən yararlana bilər.

Hissəli Ödəmə İmkanı (WorldCard, Bolkart, Albalı Kart )

  • WorldCard - ilə ödəmə imkanı. Bu zaman məbləğdən əlavə heç bir faiz ödənilmir.
  • Müştəri sadəcə kurs məbləğini seçdiyi müddətə ödəyir.
  • Ödəmə müddəti 1 il və ya 1 ilə qədər seçilə bilər.
  • Nümunə hesablama: 
    • Müştəri 700 AZN-lik F3 kursunu seçir.
    • 5 aylıq ödəmə müddətini seçir. Bu halda onun aylıq ödənişi 700/5 ay = 140 AZN təşkil edəcək
    • GRBS isə həmin ödəniş müddəti üçün nəzərdə tutulan faizi müştərinin əvəzinə banka ödəyir. 700 x 5,90% = 41 AZN - Bu məbləğ birbaşa GRBS tərəfindən ödənilir.
  • Albalı Kart və Bolkart-da isə ödəniş seçimi 3 və ya 6 ay təşkil edir. Mexanizm isə eyni qalır.

Dosta tövsiyə

  • Əgər Sizin tövsiyənizlə dostunuz/həmkarınız GRBS®-in CNAA kvalifikasiyası üzrə hazırlıq kursuna yazılsa, bu halda sizin hər biriniz üçün həmin kursun dəyərindən 38 AZN çıxılacaq.
  • Kursun dəyərindən çıxılmış 38 AZN sizin iştirak etdiyiniz və ya gələcəkdə iştirak edəcəyiniz CNAA kvalifikasiyası üzrə hazırlıq kursuna birbaşa sərf edilir.
  • Bu kampaniya yalnız FİZİKİ ŞƏXSLƏRƏ (öz hesabına iştirak edən şəxslərə) tətbiq edilir.
     
İmtiyazlı şəxslərə endirim

GRBS® Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan imtiyazlı şəxslər üçün aşağıdakı endirimləri tətbiq edir:

  • Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının və Şəhid ailələrinin üzvlərinə;
  • I və II qrup müharibə əlillərinin ailə üzvlərinə;
  • Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin ailə üzvlərinə;
  • Valideynlərini itirmiş universitet tələbələrinə;
  • Valideynlərini itirmiş, işləməyən gənclərə;
  • Dövlət himayəsində yaxud internatda böyüyən və Universitetdə oxuyan gənclərə;
  • Dövlət himayəsində yaxud internatda böyüyən və işləməyən gənclərə;
  • Kvota üzrə işləyən ailələrin övladlarına.

Şərtlər

  • Yuxarıda göstərilən şərtlərə cavab verən şəxslər üçün 50% endirim tətbiq olunur.
  • Müvafiq təsdiqedici sənədlər tələb olunur. Təqdim olunan sənəddə məlumatların doğruluğuna iştirakçı, təşkilat və müvafiq icra orqanı birbaşa məsuliyyət daşıyır.

Xüsusi qeydlər

  • Gənc yaş həddi 18-33 yaş.
  • Kvota – müvafiq  icra hakimiyyəti orqanları tərəfindən işə götürənlərə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır.
Hüquqi şəxslərə endirim

GRBS® eyni təşkilatı/şirkəti təmsil edən bir neçə iştirakçı üçün aşağıdakı endirimlər tətbiq edir


İştirakçıların sayı

2-10 

 11-20

 21-40

 41-60

 61-80

 81-↑

15%

20%

25%

30%

35%

40%

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: